1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku korporativ müştərilərinə yeni əmək haqqı kartlarını təklif edir!
10.04.2017

Baki, FinanceTime. Bank of Baku, korporativ müştərilərinin, sahibkar və şirkət rəhbərlərinin əməyini - əməkdaşların aylıq məvacibinin verilməsi prosesini asanlaşdıracaq yeni əmək haqqı kartlarını təklif edir. Bu kartları əldə etməklə, şirkət rəhbərləri həm özlərinə, həm də əməkdaşlarına bir çox üstünlüklər və əlavə imtiyazlar qazandıra bilərlər.

ƏSAS ÜSTÜNLÜKLƏR:

* Şirkət mühasiblərinin banka gəlmədən maaşları internet bankinq vasitəsilə hesablara köçürmə imkanı;

* Bank of Baku ATM və POS-terminalları, eləcə də Millikart prosessinq mərkəzinə daxil olan bankların ATM-ləri vasitəsilə 0% komissiya ilə nağdlaşdırma;

* İstər ölkədaxilində, istərsə də, ölkəxaricində edilən istənilən alış-verişdə 15%-dək BAL qazanma – toplanılan BAL-lar daha sonra yeni alış-verişdə istifadə oluna bilər.

Kart balansının 5 saniyə ərzində artırılması – Bank of Baku-nun cash-in ödəniş terminalları vasitəsilə kart sahibləri balanslarını istədikləri an artırmaq imkanına malikdilər.

Bank of Baku-nun əmək haqqı kartları korporativ müştərilərə aşağıdakı iki növdə təqdim edilir:

* Bolkart Gold Salary – rəhbər vəzifəli şəxslərə, baş mühasiblərə və ya onların vəzifələrini icraedən səlahiyyətli nümayəndələrinə;

* Bolkart Ailə Salary – digər bütün əməkdaşlara verilir.

 

Debet funksiyalı olan bu kartlar, sahiblərinə təkcə əmək haqqılarından deyil, eyni zamanda şəxsi vəsaitlərindən də rahat istifadə imkanı yaradır. Yəni, kart sahibləri 24/7 rejimində şəxsi pul vəsaitlərindən istifadə edərək kart balanslarını istədikləri an özləri artıra və ya heç bir komissiya haqqı tutulmadan nağdlaşdırma edə bilərlər.   

Yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, əmək haqqı kartı Bank of Baku-dan olan istənilən şirkətin əməkdaşlarına 3D secure, SMS bankçılıq, SMS məlumatlandırma, həmçinin İnternet Bankçılıq sisteminə qoşulma pulsuz olaraq HƏDİYYƏ edilir.

Kartların buraxılması və 4 illik xidmət haqqı isə sadəcə 8 AZN təşkil edir.

Bank of Baku-nun korporativ müştərilərinə təqdim etdiyi bu və digər xidmət və məhsulları haqqında daha ətraflı məlumatla, Bankın rəsmi internet ünvanındakı korporativ bankçılıq bölməsindən tanış ola bilərsiniz: http://bankofbaku.com/az/corporate/,

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment