1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) filial şəbəkəsinin optimallaşdırılımasını davam edir
06.04.2017

Baki, FinanceTime. Bank VTB (Azərbaycan) filial şəbəkəsinin optimallaşdırılmasını davam edir. Belə ki, bank iki filialı – “Azadlıq” və “Sumqayıt” filiallarının lisenziyalarının ləğvi üçün Maliyyə bazarlarına nəzarət Palatasına müraciət edib.

Filialların optimallaşdırılması bankın korporativ bizneslə işin gücləndirilməsinə yönəlmiş üçillik yeni strategiyasının tərkib hissəsidir. Yeni strategiya çərçivəsində bank, filial şəbəkəsinin konsolidasiyasını həyata keçirir və əvvəllər bankın müştəri bazasının əsas hissəsini təşkil edən pərakəndə müştəriləri üçün nəzərdə tutulan filiallarını birləşdirir. Optimallaşdırma prosesi başladıqdan sonra bankın korporativ biznesinin nail olduğu müsbət nəticələr bu strategiyanın məqsədəuyğun və effektiv olduğunu göstərir.

Bankın müştəriləri əmin ola bilər ki, filialların bağlanması bankın xidmət səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Müştərilər bankın istənilən filialına müraciət edə bilər - baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, “Əcəmi”, “Sahil”, “Gəncə”, “Neftçilər”, “Elmlər” və “Gənclik” filiallarının işi adi rejimdə davam edir. Bank VTB (Azərbaycan) tərəfindən tətbiq olunan “Vahid Xidmət” sistemi fiziki və hüquqi şəxslərə hesab açdıqları filiala bağlı olmadan bank əməliyyatlarını VTB (Azərbaycan)-ın istənilən filialında həyata keçirməyə imkan verir.

 

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment