1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT-də görüşləri davam edir
05.04.2017

Baki, FinanceTime. Cari ilin 4 aprel tarixində nazir Əbülfəs Qarayev BMT-nin baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo ilə görüşdü. Görüşdə BMT-nin 2030 Davamlı İnkişaf Gündəliyi və onun əhəmiyyəti, xüsusilə 4-6 may 2017-ci il tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Təşkilatların rəhbərlərinin 1-ci Yüksək Səviyyəli Görüşünün mövzuları barədə müzakirələr aparıldı. Nazir Əbülfəs Qarayev qeyd etdi ki, Bakı Prosesi çərçivəsində keçiriləcək Forum və yüksək səviyyəli görüşlərin əsas mövzusu mədəniyyətlərarası dialoq vasitəsilə insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə birgə işləməyin mexanizlərini müəyyən etmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirməkdir. BMT-nin bu prosesdə fəal rolu bu sahədə fəaliyyətə dəstək olacaqdır. Baş katibin müavini Azərbaycanın bu sahədə fəaliyyətini alqışladığını və bu məsələni BMT baş katibinin diqqətinə çatdıracağını bildirdi.

Daha sonra Əbülfəs Qarayev BMT-nin baş katibinin və BMT İnkişaf Proqramının (BMTİP) administratorunun müavini Cihan Sultanoğlu ilə görüşdü. Görüşdə BMTİP-nin Forumda və beynəlxalq təşkilatların görüşündə fəal iştirak etməsi, “2030 Davamlı İnkişaf Gündəliyi”nin təqdimatının keçirilməsi məsələləri müzakirə edildi. Cihan Sultanoğlu ötən ilin sentyabrında Azərbaycana səfərini xatırladaraq ölkəmizin inkişafının onda olduqca xoş təəssürat yaratdığını qeyd etdi.

Səfər çərçivəsində BMT-nin İnformasiya Departamentinin rəhbərliyi və BMT-nin Qadın Proqramının rəhbərinin müavini ilə də görüşlər keçirildi. İnformasiya departamenti ilə görüşdə Forumun BMT sistemi daxilində təşviqat məsələləri, BMT-nin Qadın Proqramının rəhbərliyi ilə isə Forum çərçivəsində keçiriləcək “Qızların təhsili vasitəsilə extremizmin qarşısının alınması” layihəsi ilə bağlı müzakirələr aparıldı.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment