1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən pulsuz müayinələr
04.04.2017

 

Bu ilin yanvar, fevral və mart ayları ərzində məcburi köçkün və aztəminatlı ailələr üçün pulsuz göz müayinələri təşkil edilib

Baki, FinanceTime. Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2017-ci ilin ilk 3 ayı ərzində də fəaliyyətini uğurla davam etdirib. Klinika yanvar, fevral və mart ayları ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.Yeni ilin ilk ayında klinikanın həkimləri Bakının Hövsan,Əmircan və Sabunçu qəsəbəsində, həmçinin  Kürdəmir rayonunda məcburi köçkün və kimsəsizlər üçün müayinələr təşkil ediblər. Bu səfərlər çərçivəsində 136 nəfər ümumi yoxlamadan keçib. Fevral ayında isə klinikanın həkimləri 108 nəfəri müayinəyə cəlb ediblər. İlk olaraq Bilgəh qəsəbəsi 11 saylı internat məktəbinə üz tutan həkimlər, sonra "Qızıl Aypara" cəmiyyətində və Şağan qəsəbəsi "Əlilliyi olanlar üçün müalicəvi pansionatda" xidmət göstəriblər. Mart ayında isə Nərimanov rayonunda,Gəncə şəhəri SOS uşaq kəndində və Lökbatan qəsəbəsində100-dən çox insan müayinədən keçib. Bu ilin əvvəlində 108-i uşaq, 236-sı isə böyük olmaqla, ümumilikdə344 nəfər müayinə olunub.Müayinələr nəticəsində 203 nəfərə müalicə, 147 nəfərə isə eynək təyin olunub.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment