1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Ənənəvi turnir başlayır: Çempion rəqiblərini tanıdı, 1/4 finalçılar eyni qrupa düşdü
04.04.2017

Baki, FinanceTime. Bu gün “AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” və “Synergy Group” Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışının püşkatma mərasimi keçirilib. “AtaBank” ASC-nin Baş ofisində baş tutan tədbirdə Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov turnirin əhəmiyyətindən danışaraq, yeniliklər barədə məlumat verib.

O bildirib ki, ənənəvi yarışda bu dəfə ötən il olduğu kimi 12 deyil, 16 komanda mübarizə aparacaq. İbrahimov reqlament dəyişikliklərini də iştirakçı klubların rəsmilərinə çatdırıb. Belə ki, 2016-cı il istisna olmaqla, əvvəlki illərdə baş tutan turnirlərdə olduğu kimi 16 komanda püşkün nəticəsinə əsasən 4 qrupa bölünüb. Qruplarda ilk 2 yeri tutacaq kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcək.

Komandalara nəzər yetirsək, debütantların olduğunu da görmək mümkündü. Bunlar “Konsaltinq”, “Qalaaltı Hotel”, “Fifty Fine”, “CDB”, “AtaSport” və “Region” klublarıdı.

Buna baxmayaraq, qrup matçlarının gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki ötən ilki 1/4 finalçılar “MXD” ilə “Gobustone”, həmçinin “No Name”lə “VTB Plus” bu dəfə bir-birinə ilk mərhələdə rəqib olublar. Son çempion “VTB Bank” isə C qrupunda gücünü yoxlayacaq.

 

A qrupu

“MXD”

“Gobustone”

“AtaSığorta”

“Konsaltinq”

 

B qrupu

“No Name”

“VTB Plus”

“Qalaaltı Hotel”

“Fifty Fine”

 

C qrupu

“VTB Bank”

“AtaSport”

“Cybernet”

“First United”

 

D qrupu

“AtaTexnologiya”

“Synergetic”

“CDB”

“Region”

 

1/4 final

A1 – B2

B1 – A2

C1 – D2

D1 – C2

 

1/2 final

A1/B2 cütünün qalibi - C1/D2 cütünün qalibi

B1/A2 cütünün qalibi - D1/C2 cütünün qalibi

 

Üçüncü yer uğrunda

Yarımfinalların məğlubları

 

FİNAL

Yarımfinalların qalibləri

Çempionata aprelin 8-də start veriləcək. AzFar stadionunda (Tennis akademiyası ilə üzbəüz) təşkil olunacaq yarış AFFA-nın hakimlər briqadası tərəfindən idarə ediləcək. Şənbə və bazar günlər keçiriləcək qrup mərhələsinin matçlarına 6 həftə sonra yekun vurulacaq.

Yarışda çempiona 4000, 2-ci yeri tutacaq komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı veriləcək. Həmçinin turnirin ən yaxşıları da hədiyyəsiz qalmayacaqlar. Yarışın ən yaxşı oyunçusu, bombardiri və qapıçısı hərəyə 500 manatla mükafatlandırılacaq.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment