1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mədəniyyət və turizm naziri ABŞ-ın Nyu-York şəhərində BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirmişdir
04.04.2017

Baki, FinanceTime. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin 4-6 may tarixində Bakı şəhərində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil ediləcək Beynəlxalq Təşkilatların Yüksək səviyyəli Görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir. Səfər çərçivəsində ilk olaraq BMT Baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüş keçirilmişdir. Xanım Viotti BMT Baş katibinin səfərdə olduğunu qeyd edərək, nazirlə görüşməkdən məmnun olduğunu bildirdi. Görüşdə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, BMT-ni dünyanın ən yüksək və nüfuzlu təşkilatı olaraq bu prosesdə fəal olmağa dəvət etdi. Görüşdə BMT Baş Katibinin və yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparıldı.

Daha sonra nazir Əbülfəs Qarayev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə görüşdü. Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırlayaraq, Bakının gözəlliyinin onda xoş təəssüratlar yaratdığını vurğuladı. Nazir Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə cənab Feltmana da məlumat verərək tədbirin mövzusunun “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirdi. Bu mövzunun BMT-nin Davamlı inkişaf Gündəliyi 2030 ilə tam uzlaşdığını qeyd edən nazir BMT rəhbərliyinin tədbirdə yüksək səviyyədə təmsil olunmağının vacibliyini bildirdi. Feltman da tədbirin əhəmiyyətini, ümumiyyətlə Bakı prosesinin vacibliyini anladığını və bu barədə Baş katiblə müzakirə aparacağını ifadə etdi. Görüşlərdə Azərbaycan Respublikasının BMT yanında Daimi nümayəndəsi səfir Yaşar Əliyev və digər şəxslər iştirak edirdi.

Daha sonra nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası-ECOSOC-un prezidenti Frederik Makamure Şava ilə, həmçinin BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirildi. Görüşlərdə Azərbaycanın dünya mədəniyyətinə töhfəsi, dialoq və əməkdaşlıq layihələri, Bakı prosesi və Foruma hazırlıq məsələləri müzakirə olundu.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment