1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“PARA” BOKT ASC-yə lisenziya verildi
31.03.2017

 

Cəmiyyət 20 filialın açılmasına icazə alıb

Baki, FinanceTime.  Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 30 mart 2017-ci il tarixli qərarına əsasən “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yəgirov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya verilib.

Məlum olduğu kimi, “Parabank” ASC-nin lisenziyasıMBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə ləğv edilmiş və məhkəmənin qərarına əsasən banka Əmanətlərin Sığortalanması Fondu (Fond) ləğvedici kimi təyin edilmişdir. Fond 43milyon manat sığortalanmış əmanətlər üzrə kompensasiya ödəmişdir.

Fond və “Parabank”ın səhmdarları arasında bankın BOKT-natransformasiyası məsələsi razılaşdırılmışvə MBNP-yəmüraciət edilmişdir.

MBNP-nin məsələyə dair ilkin razılığı alındıqdan sonra bankın BOKT-na çevrilməsi ilə bağlı Fond tərəfindən 22 avqust 2016-cı il tarixində Məhkəməyə müraciət edilmiş və  Məhkəmənin31 avqust 2016-cı il tarixli qərarı ilə ərizə təmin edilmişdir. “Para” BOKT-un nizamnaməsi 2 dekabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. 

Məhkəmənin 9 fevral 2017-ci il tarixli qərardadı ilə “Parabank”ın məcburi ləğv prosesi dayandırılmış və Fondun ləğvedici kimi fəaliyyətinə xitam verilmişdir. Cəmiyyət BOKT kimi fəaliyyətə başlamaq üçünxüsusi icazə almaq  məqsədilə9 mart 2017-ci il tarixində MBNP-yə müraciət etmişdir.

“Parabank” ASC-ninhüquqi və fiziki şəxslər qarşısında 39 milyon manat məbləğində öhdəliyi icra edilmiş, qalan digər öhdəlikləri isə kreditorlarla razılaşdırılaraqtənzimlənmişdir.

MBNP “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsini və  MBNP-ninNizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, “Para” BOKT ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə lisenziya verib.

Bununla da, ilk dəfə bankın digər kredit təşkilatına – bank olmayan kredit təşkilatına çevrilməsi prosesi həyata keçirilmişdir.

Direktorlar Şurasının iclasında həmçinin “Para” BOKT ASC-ninxidmət şəbəkəsinin  formalaşdırılması məqsədilə 20 filialının açılmasımüraciətinə baxılmış və müvafiq icazələrin verilməsinə dair müsbət qərar qəbul edilmişdir.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment