1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Xalq Bank”dan şəxsi konsyerj: Azərbaycanda ilk dəfə olaraq “World Mastercard Black Edition” təqdim edilib
28.03.2017

Baki, FinanceTime. Xalq Bank” və qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti xüsusi xidmətlərdən və əlavə imtiyazlardan faydalanmaq istəyən “Premium Banking” müştəriləri üçün hazırlanmış yeni “World Mastercard Black Edition” kartını təqdim ediblər.

Mükəmməl dizaynı və “Mastercard premium”loqotipi ilə seçilən “World Mastercard Black Edition”yeni unikal kartı istifadəçiləri yüksək keyfiyyətli xidmətlər və eksklüziv premium servislə təmin edir.

“World Mastercard Black Edition” kartının sahibləri dünyanın hər yerində unikal imtiyazlardan yararlana bilərlər. Hava limanızalları üçün ən üstün proqram sayılan “Priority Pass”la “WorldMastercard Black Edition” kartının sahibləri dünyanın istənilən aeroportunda 1000-dən çox VIP-zala keçid hüququ əldə edirlər. Kart sahibləri uçuşdan əvvəl biletin və səyahət növündən asılı olmayaraq rahat gözləmə zallarında vaxtlarını keçirə bilərlər.

Kartistifadəçiləri qlobal olaraq 24 saat fəaliyyət göstərən vəsəyahət cədvəlin planlanmasında və dəbdəbəli təşkilindəəvəzsiz köməkçi alət sayılan “MasterCard Concierge” xidmətindən də yararlana bilərlər. Bu premium konsyerj xidməti kart sahibinə tətil üçün turpaketlərin alınması, uçuşların vəhotellərin rezervasiyası, həmçinin avtomobilicarəsindəyardım edir və xüsusi təyyarə və ya yaxta ilə səyahətləri təşkil etməkdə köməkçi olur. “MasterCard Concierge” ölkə daxilində və ya xaricdə rok və pop konsertlərindən başlayaraq, opera və baletə, idman yarışları, restoranlarda proqramlara kimi hər növ əyləncə tədbirlərinə yer ayırmaqda geniş təcrübəyə malikdir. Xidmət,həmçinin yerli və ya beynəlxalq səviyyədə ən mükəmməl hədiyyənin tapılmasında da kömək edə bilər. Kart sahibləri etibar edə biləcəkləri xidmətlərin tapılmasında çətinlik çəkdikləri zaman konsyerj onları biznes xidmətlərinə (kuryer və ya katibə), ev xidmətlərinə (çilingər və ya elektrik, dayə, dil kursları, şəxsi məşqçilər) və peşəkar xidmətlərə (həkimlər, hüquqşünaslar, təcili yardım) yönləndirə bilər.Bu xidmət səyahət etdiyiniz ölkənin ən görməli-gəzməli yerləri haqda geniş məlumat verəcək.

Səyahətin məqsədindən asılı olmayaraq “World Mastercard Black Edition” kartının sahibləri dünyanın aparıcı avtomobil icarəsi şirkətlərinin premium klublarına qoşularaq təklif olunan üstünlüklərdən yararlana bilərlər. Kart istifadəçilərinətəqdim olunan imtiyazlar siyahısına xarici ölkəyə səyahət zamanı kart sahibinin və onun ailə üzvlərinin sığortalanması da daxildir.

“World Mastercard Black Edition” kartının istifadəyə verilməsini şərh edən “Xalq Bank”ın İdarə Heyətinin sədrinin müavini Xəzər Bağırlı bildirib: «“Mastercard” beynəlxalq ödəniş sistemi ilə “Xalq Bank” arasında olan tərəfdaşlıq hər iki təşkilatın peşəkar komandaları sayəsində möhkəmlənir. Əminəm ki, təqdim olunan “World Mastercard Black Edition” kartı müştərilərimizin ən tələbkar seqmentinin istəklərinə uyğun bir məhsuldur. Sözügedən kartın yaratdığı imkanlar istənilən yerdə – işdə, səyahət və əyləncə zamanı müştərilərimiz üçün əvəzsiz olacaq».

“Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib: “World Mastercard Black Edition” kartınınburaxılışı yüksək keyfiyyətli premium bankçılıq xidmətləri istiqamətində atılmış əhəmiyyətli bir addımdır. Yeni kart məşğul həyat tərzi keçirən istifadəçilərin ehtiyaclarını ödəyən nüfuzlu bir maliyyə alətidir. Əminəm ki, kart sahibləri yeni məhsulun eksklüziv dizaynı və unikal xüsusiyyətlərini layiqincə qiymətləndirəcəklər. Mən“Xalq Bank”ı xüsusi imkan və üstünlükləri özündə birləşdirən yeni kartın buraxılışı münasibətilə təbrik edirm».

Qeyd edək ki, “Xalq Bank” Azərbaycanda “World Mastercard Black Edition” kartını istifadəyə verən ilk bankdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment