1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell daha bir beynəlxalq tədbirə dəstək verib
27.03.2017

Baki, FinanceTime. Azercell Telekom MMC ölkəmizdə keçirilən daha bir beynəlxalq tədbirə dəstək verib. Şirkət bu dəfə 16-19 mart tarixlərində Bakıda baş tutan“AvropaGənclərParlamentininİnformasiya Texnologiyaları üzrə İkinciUniversitetSessiyası” tədbirinin sponsoru qismində çıxış edib. Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən forumun əsas mövzusu informasiya texnologiyalarının gələcəyi, terrorizm ilə mübarizədə texnologiyanın rolu və informasiya təhlükəsizliyi olub. Tədbirdə Azərbaycan da daxil olmaqla, Avropa qitəsinin müxtəlif ölkələrindən nümayəndə qismində qatılan gənclər iştirak edib. 4 günlük sessiyada ictimaiyyətin ən fəal və təşəbbüskar gəncləri Avropa Parlamentinin strukturu əsasında qurulmuş platformada 8 komitə üzrə dünyada baş verən və gündəmdə olan ən vacib məsələlər müzakirə edilib. İnsan Hüquqları, Təhlükəsizlik və Müdafiə, Sənayə və Enerji, Qadın Hüquqları və Gender Bərabərliyi və s. sahələr üzrə komitələrin 4 günlük birgə əməyi nəticəsində hazırlanmış yekun təkliflər paketi  – Qətnamə Sessiyanın son günü – 19 Mart 2017-ci il tarixində Baş Assambleyada ümumi müzakirəyə çıxarılıb. Debatlar və səsvermədən uğurla keçən qətnamələr qəbul olunaraq AGP-nin Berlin şəhərində yerləşən Beynəlxalq ofisinə təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Avropa Gənclər Parlamenti müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir. Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial-siyasi təşəbbüsləri dəstəkləyir və onların əhəmiyyətli sosial və professional bacarıqlara yiyələnməsini sürətləndirir. Parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir. AGP Azərbaycan nümayəndəliyi 2011-ci ildən fəaliyyət göstərir və bu illər ərzində 100-dən çox üzvü xarici sessiyalarda Azərbaycanı təmsil edib.

Xatırladaq ki, yarandığı gündən Azercell ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlərin dəstəkçisi olub, o cümlədən gənclərin inkişafı və fəaliyyəti üçün çoxsaylı layihələrə imza atıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment