1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Avropa İnvestisiya Bankı AccessBank-a 20 mln Avro məbləğində kredit ayırıb
17.03.2017

Ayrılan vəsaitlər ölkənin özəl sektorunun inkişafına dəstək olacaq

Baki, FinanceTime. Avropa İnvestisiya Bankı (AİB) AccessBank-a 20 milyon Avro məbləğində ikinci kredit ayırıb. AccessBank təqdim olunan vəsaitləri Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldəcək. Bank ölkədə mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

«2014-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bizim yaxın tərəfdaşımız olan AİB-in dəstəyini yüksək qiymətləndiririk. Bu sövdələşmə hazırki dəyişkən iqtisadi şəraitdə AİB-in bankımıza olan yüksək inam və etimadını əks etdirir və bir daha AccessBank-ın beynəlxalq partnyorları tərəfindən güclü dəstəyə malik olduğunu təsdiq edir”, - AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann şərh edib.

Bu kredit AİB-in Xarici Kreditləşmə Mandatının vəzifələrinin bir hissəsidir. Bu Mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir və ölkə üzrə geniş filiallar şəbəkəsinə malikdir. Bankın beynəlxalq kredit reytinqi (EDR) dəyişilmədən Azərbaycan bankları arasında ən yüksək olan suveren BB+ səviyyəsində təsdiqlənib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment