1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Çingiz Abdullayev CDB Bankda qonaq oldu
17.03.2017

Baki, FinanceTime.   “Caspian Development Bank (CDB)”ın “Rəsmilər CDB Bank”da motivasiya və maarifləndirmə layihəsinin Mart ayı üçün nəzərdə tutulmuş qonağı məşhur detektiv yazıçısı və publisist Çingiz Abdullayev oldu. Görüşdə yazıçı həyatının və yaradıcılığının əsas istiqamətlərindən, maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən, əsərlərinin bədii xüsusiyyətlərindən söz açdı, insanda dünyagörüşün formalaşmasında, savadlı gənclərin yetişməsində xarici dil öyrənməyin və mütaliənin rolunu qeyd etdi.

Siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan olan, Çingiz Abdullayev bank əməkdaşlarını maraqlandıran sualları da cavablandırdı. Olduqca maraqlı, diskussiya şəraitində keçən görüşün sonunda fəxri qonağa CDB Bankın “Platinum” kartı hədiyyə edildi.

Qeyd edək ki, “Rəsmilər CDB Bank”da layihəsinin məqsədi ondan ibarətdir ki, ölkənin tanınmış siyasi-ictimai, elm və mədəniyyət xadimləri banka qonaq qismində dəvət olunur və bank əməkdaşları ilə “qalstuksuz” görüşlər keçirirək onlarla təcrübələrini bölüşür, bank sektorunun fəaliyyəti, inkişafı və s. mövzularda söhbətlər aparır. Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn yardım" xidmətinə müraciət etməklə əldə etmək mümkündür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment