1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


PR menecerlər arasında breyn-rinq yarışı keçirildi
16.03.2017

Baki, FinanceTime. 15 mart 2017 ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelində  korporativ kommunikasiyalar  və  PR sahəsində çalışan menecerlər arasında Novruz bayramına həsr olunmuş breyn-rinq yarışı keçirildi.  Breyn-rinq yarışı “Parlaq Zəka” oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirildi. Oyun zamanı iştirakçılar müxtəlif maraqlı  sualları cavablandırdılar.

Tədbirdə  “AtaHolding”,   “Bakcell”,  “AtaBank” ,“PAŞA Həyat  Sığorta”,  İcbari Sığorta bürosunun, “Excelsior Hotel & Spa  Baku”  və digər şirkətlərin nümayəndələri iştirak etdilər. 

“Bakcell”  şirkətinin  Korporativ Kommunikasiya üzrə mütəxəssis Abbas Musayev, “AtaBank” ASC-nin Korporativ Kommunikasiyalar  və  PR şöbəsinin rəisi Oruc İbrahimov  və  “PAŞA Həyat Sığorta” şirkətinin PR meneceri Elnur Hüseynquluyev  iştirakçılara xatirə hədiyyələri təqdim etdilər.

 “PAŞA Həyat Sığorta” şirkətinin PR meneceri Elnur Hüseynquluyevin sözlərinə görə, “AtaHolding” tərəfindən PR menecerlər arasında təşkil edilən breyn-rinq oyunu artıq ənənə halını alıb. Bu tədbirin təşkilində əsas məqsəd yalnız oyunun keçirilməsi deyil. Məqsədimiz ölkədə fəaliyyət göstərən şirkətlərin PR menecerlərini bir araya toplayaraq onlarla dostluq və əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırmaq və bu münasibətlər nəticəsində yeni-yeni layihələrin meydana gəlməsinə şərait yaratmaqdır. Tədbir ili ildən təkmilləşərək daha yaxşı səviyyədə təşkil olunur. Dünənki tədbir də yüksək səviyyədə təşkil olunmuşdu. Biz “PAŞA Həyat Sığorta” olaraq “AtaHolding”in birgə əməkdaşlıq layihələrində iştirak edirik və bundan sonra da bu cür layihədərə daim dəstək göstərməyə hazırıq” - deyə, E.Hüseynquluyev bildirib. 

“Bakcell” şirkətinin korporativ kommunikasiyalar üzrə mütəxəssisi Abbas Musayev  tədbirlə bağlı bildirdi: “Belə maraqlı yarış təşkil etdiklərinə və tədbirə dəstək göstərməyimiz üçün şərait yaratdıqlarına görə “AtaHolding”-in təmsilçisi Dilarə Zamanovaya təşəkkürümüzü bildiririk. Oyun çox maraqlı keçdi. Bu cür tədbirlər sayəsində ölkənin aparıcı şirkətlərinin nümayəndələri arasında əlaqələr daha da möhkəmlənir və onların asudə vaxtının səmərəli keçməsi üçün gözəl imkan yaranır”.

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirlər bağlı  qeyd eti ki, bu tədbirin məqsədi bayram  əhval-ruhiyyəsi yaratmaq, iştirakçıları sevindirmək və onları motivasiya etməkdir.

Qeyd edək ki,  “AtaHolding”,   “AtaBank”,  “Bakcell” və  “Paşa Həyat Sığorta”   ölkədə sosial, xeyriyyə, təhsil və idman layihələrində fəal iştirak edir və bu  cür  layihələri dəstəkləyir.













     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment