Baki, FinanceTime. Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – Novruz bayramı günlərində də öz müştərilərinə xidmət göstərəcək.
Belə ki, bayram və istirahət günləri Bankın aşağıdakı filialları fəaliyyət göstərəcək:
· Əməliyyat və Nəzarət Departamentinin Xəzinə və qiymətlilərin daşınması şöbəsinin xəzinəsi (21 və 25 mart 2017-ci il tarixlərində, iş rejimi saat 10:00-dan 17:00-dək);
· “Baş Ofis” biznes mərkəzinin xəzinəsi (21 və 25 mart 2017-ci il tarixlərində; iş rejimi saat 10:00-dan 17:00-dək);
· “Port Baku” şöbəsinin xəzinəsi (21 və 25 mart 2017-ci il tarixlərində; iş rejimi saat 10:00-dan 17:00-dək);
· “BridgePlaza” şöbəsinin xəzinəsi (21, 23 və 25 mart 2017-ci il tarixlərində; iş rejimi saat 10:00-dan 17:00-dək)
· “Gəncə” filialının xəzinəsi (23 və 25 mart 2017-ci il tarixlərində; iş rejimi saat 10:00-dan 17:00-dək).
Qərar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə uyğun qəbul olunub.