1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Sərfəli bank kartları necə olmalı?
16.03.2017

Baki, FinanceTime.  “Banklar və Biznes Qəzeti”- nin www.bbn.az veb portalı tərəfindən plastik kartlar üzrə ən sərfəli tariflərin müəyyənləşdirilməsi məqsədi ilə banklar arasında araşdırma aparılmışdır. Araşdırma plastik kartlardan nağdlaşdırma zamanı tətbiq olunan komissiyalar və plastik kartların əldə edilməsi üzrə tələb edilən minimum ödəniş haqqları tariflərini əhatə edir. Hər iki göstəricilərə görə Expressbank-ın təqdim etdiyi bank kartları daha sərfəli bank kartları kimi müəyyən edilmişdir.

Belə ki, Expressbank-ın debet kartlarından Expressbank bankomatlarında nağdlaşdırma zamanı heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir. Xarici valyutada olan kartlardan digər valyuta üzrə nağdlaşdırma, onlayn və POS-terminal vastəsilə alış-veriş zamanı konvertasiya üzrə xidmət haqqı da 0% təşkil edir.

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına ödənişsiz əsasda sahib olmaq istəyən müştərilər hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş edə bilərlər. 

Ammabu da son deyil. Expressbank-ın bütün kart sahibləriölkədaxili POS-terminallar vasitəsiilə alış-veriş edərkən, xərclədikləri məbləğin 20%-də khissəsini karta geri alırlar (“cash back”). Üstəlik ölkə üzrə 48 regionda quraşdırılmış ExpressPay ödəniş terminalı və ya Şəxsi kabinet vasitəsiilə istənilən zaman hesabınızı artıra və hesablabağlı digər əməliyyatları həyata keçirə bilərsiniz.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment