1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Yapı Kredi Bank Azərbaycan” və “Muğanbank”-ın filiallarına dair qərarlar qəbul edilib
14.03.2017

Baki, FinanceTime.  Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar  Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialı və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına verilmiş icazələr ləğv edilmişdir.

Palatanın Direktorlar Şurasının iclasında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən “İnşaatçılar” filialının bağlanması üçün müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb “Yapı Kredi Bank Azərbaycan” tərəfindən xərclərin optimallaşdırılması göstərilmişdir.

İclasda, həmçinin, “Muğanbank” ASC-nin “Biləsuvar” filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılmışdır. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olmuşdur.

Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialına Mərkəzi Bank tərəfindən verilmiş 19.02.2015-ci il tarixli №243/17 saylı icazəni və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına 30.05.2012-ci il tarixli №29/28 icazəni ləğv etmişdir. Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment