1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı yeni saytını təqdim etdi
14.03.2017

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankının(ABB) yenilənmiş www.ibar.az korporativ saytı istifadəyə verilib. Sayt hazırda əsaslı dəyişikliklər mərhələsində olan ABB-nin yeni korporativ standartlarına uyğun müasir dizaynı, fərqli strukturu,ən əsası isə istifadəsinin asanlığı ilə fərqlənir.

Öz konsepsiyasına görə yeni sayt, müştərilər üçün, Bankın online filialı funksiyasını yerinə yetirəcək. Belə ki, burada ABB-nin müxtəlif çeşidli məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu məhsul və xidmətləri sayt üzərindən sifariş etmək də mümkündür.Müştərilər Bankın internet saytı vasitəsilə kreditləri, ödəniş kartlarını, bank hesablarından arayışları sifariş edə, R@ndevu xidməti vasitəsilə filial və şöbələrdə onlara əvvəlcədən xidmət vaxtı müəyyənləşdirə, kredit və kommunal ödənişləri həyata keçirə, fərdi və korporativ internet bankçılığın geniş imkanlarından faydalana bilərlər.

Saytın online məsləhətçisi günboyu istifadəçilərin müxtəlif suallarına cavab verəcək. Bankın fəaliyyət istiqamətləri və yenilikləri, missiyası, menecment sistemi, maliyyə göstəriciləri və s. barədə ətraflı məlumatları da buradan əldə etmək mümkündür.

Bu gün ABB-nin əsas hədəflərindən biri də müştərilərlə kommunikasiyaları optimallaşdırmaq, daha müştəriyönümlü bank olmaqdır. Saytın yenilənməsi müştəri məmnuniyyətinin artırılmasına, bank xidmət və məhsullarının onlar üçün daha əlçatanlığına xidmət edəcək. Bu istiqamətdə innovativ yeniliklər gələcəkdə də davam etdiriləcək.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankıhazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment