1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrləri haqqında
13.03.2017

Finance Time Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən xəbər verir ki,  10 mart 2017-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İclasda son makroiqtisadi proseslər, inflyasiyaya təsir edən amillər, bu amillərin idarə olunması üçün görülən tədbirlər və pul siyasətinin reallaşmasının gedişatı müzakirə olunmuşdur.

Müzakirələrdə cari ilin ötən dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neftin qiymətinin artması, orta aylıq qeyri-neft idxalının əvvəlki ilin son rübünün orta aylıq göstəricilərinə nəzərən azalması və nəticədə tədiyə balansının cari hesabında tarazlaşma meyillərinin başlaması makroiqtisadi sabitliyə müsbət təsir edən amil kimi qeyd olunmuşdur.

Makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər, o cümlədən Maliyyə Sabitliyi Şurasının təsdiq etdiyi tədbirlər planının icrası da müsbət nəticələr verir. Qəbul edilmiş pul proqramına uyğun olaraq pul kütləsinin effektiv idarə olunması, pul və fiskal siyasətlərin sıx əlaqələndirilməsi, valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş kompleks tədbirlər inflyasiya risklərinin çevik tənzimlənməsinə imkan vermişdir. Mərkəzi Bankın genişmiqyaslı sterilizasiya əməliyyatları pul siyasətinin yeni lövbəri olan pul bazasının həcmini optimallaşdırmışdır.

Görülən tədbirlər və müşahidə edilən müsbət proseslər daha çevik məzənnə rejiminə keçid üçün əlverişli şərait yaratmışdır. Mərkəzi Bank məzənnə rejiminin çevikliyini artırmaq istiqamətində bir sıra qərarlar qəbul etmişdir. Yeni valyuta hərracı mexanizminin tətbiqi, xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limitin aradan götürülməsi valyuta bazarına tarazlaşdırıcı təsir göstərmişdir. Cari ilin ötən dövründə milli valyutanın bir qədər möhkəmlənməsi trendi müşahidə olunmuşdur ki, bu da inflyasiya gözləntilərinin yaxşılaşmasını şərtləndirmişdir.

Qeyd olunan proseslər fonunda 2017-ci ilin fevral ayında əvvəlki aya nisbətən inflyasiya templərinin azalması müşahidə olunmuşdur.

Qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsinin tətbiqinin effektivliyindən, tədiyə balansında və valyuta bazarında müsbət trendlərin davam etməsindən asılı olaraq cari ilin sonuna birrəqəmli inflyasiya səviyyəsinə nail olmaq imkanları yaranmışdır.

Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendləri və formalaşan yeni gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə yekdil qərar qəbul etmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment