1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN Wi-Fi” Heydər Əliyev Beynəlxalq Hava Limanında
13.03.2017

Baki, FinanceTime. Ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetə çıxış imkanlarının təmin edilməsi məqsədilə yaradılmış “ASAN Wi-Fi” sistemi artıq hər gün 10 minlərlə insanın istifadə etdiyi Heydər Əliyev Beynəlxalq Hava Limanında istifadəyə verildi.

Bu günə qədər 200 minə yaxın istifadəçinin yararlandığı “ASAN Wi-Fi” sistemi istifadəçilərə sürətli və pulsuz internetdən istifadə imkanları yaratmaqla bərabər onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. Bununla yanaşı, müxtəlif şirkətlər reklam məqsədli tanıtım materiallarını bu sistem vasitəsilə istifadəçilərə daha rahat çatdıra bilərlər.

Qeyd edək ki, “ASAN Wi-Fi” layihəsi 2016-cı il 10 avqust tarixində Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı ölkə başçısı cənab İlham Əliyevə təqdim olunmuşdur. 2016-cı ilin oktyabr ayından etibarən “ASAN Wi-Fi” sistemi pilot layihə olaraq 1 və 3 saylı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlamışdır. Tezliklə digər “ASAN xidmət” mərkəzlərində və müxtəlif ictimai obyektlərdə də sistemin quraşdırılması nəzərdə tutulur. Bu isə öz növbəsində daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaqdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment