1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Trabzon Ticarət və Sənətkarlar təşkilatı qarşılıqlı əməkdaşlıq təklif edir
10.03.2017

Baki, FinanceTime. Türkiyənin Trabzon şəhərinin Ticarət və Sənətkarlar təşkilatının  sədri Ahmet Hamdi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüz zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd  Musayev ölkə prezidentinin son illər qeyri neft sektorunun, xüsusilə də  biznes sahəsinin inkişafı ilə bağlı həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib. Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin qənaətbəxş səviyyədə olduğunu deyən Məmməd Musayev bildirib ki, 2500-dən çox türk şirkəti ölkəmizdə uğurla fəaliyyət göstərir. O , qeyd edib ki, bugünədək bir sira Türkiyə təşkilatı ilə sıx əməkdaşlıq edirik, həm Azərbaycanda , həm də müxtəlif ölkələrdə birgə tədbirlərdə iştirak edir, əməkdaşlıq imkanlarımızı genişləndiririk.

Trabzon Ticarət və Sənətkarlar təşkilatı  əməkdaşlığın genişləndirilməsini məqsədəmüvafiq hesab edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  bu istiqamətdə keçirilən  birgə görüşlərin və biznes forumların təşkilinin  əhəmiyyətli olacağını vurğulayıb. Bu istiqamətdə təşkil edilən bütün tədbirlərdə  Azərbaycan Sahibkarlar Konfederasiyasının yaxından iştirak edəcəyi və dəstək göstərəcəyi  xüsusilə qonağın diqqətinə çatdırıb.

Ölkəmizə səfərinin məqsədini  açıqlayan Trabzon  Ticarət və Sənətkarlar təşkilatının sədri Ahmet Hamdi  rəhbərlik etdiyi təşkilatın azərbaycanlı həmkarları ilə əlaqələrini genişləndirmək niyyətindədirlər.Bu məqsədlə də  cari ilin  may  ayında  Gürcüstan-Azərbaycan sahəvi ticarət heyətinin Azərbaycana səfəri gözlənilir. Bakıda 2 günlük forum keçirmək istədiklərini deyən  Ahmet Hamdi   Trabzondan mütəxəssislərin və investorların həmin foruma gələcəyini qeyd edib.

 Azərbaycan Sahibkarlar Konfederasiyasının bu tədbirin təşkil edilməsində müvafiq köməklik göstərilməsini istəyib. Bildirib ki, tədbirdə Trabzon  və Azərbaycan sahibkarlarının birgə təcrübə mübadiləsi aparması, Azərbaycan regionlarının potensialının öyrənilməsi və birgə layihələrin icrası, eləcə də investisiya qoyuluşu baxımından əhəmiyyətli olacağı nəzərdə tutulur.  

Daha sonra Trabzon  Ticarət və Sənətkarlar təşkilatının sədri Ahmet Hamdi Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi başda olmaqla, ASK-nın üzvü olan sahibkarları Trabzon vilayətinə  qarşılıqlı əməkdaşlıq üçün səfər etməyə  dəvət edib.  Bildirilib ki, bundan sonra Trabzon Ticarət və Sənətkarlar təşkilatı, həmçinin təşkilatın üzvü olan iş adamları  ilə azərbaycanlı həmkarları arasında daha intensiv  iş aparılacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment