1 USD 1.7008   1 EUR 2.0342   1 AED 0.4630   1 ARS 0.0985   1 AUD 1.3477   1 BRL 0.5420   1 BYN 0.8774   1 CAD 1.3813   1 CHF 1.7578   100 CLP 0.2723   1 CNY 0.2580   1 CZK 0.0780   1 DKK 0.2733   1 EGP 0.0963   1 GBP 2.3097   1 GEL 0.6864   1 HKD 0.2178   100 IDR 0.0127   1 ILS 0.4849   1 INR 0.0261   100 IRR 0.0046   100 JPY 1.5211   1 KGS 0.0247   100 KRW 0.1495   1 KWD 5.6438   1 KZT 0.0050   100 LBP 0.1128   1 MDL 0.0964   1 MXN 0.0951   1 MYR 0.4051   1 NOK 0.2181   1 NZD 1.2390   1 PLN 0.4761   1 RUB 0.0294   1 SAR 0.4535   1 SDR 2.4132   1 SEK 0.2135   1 SGD 1.2609   1 TJS 0.1933   1 TMT 0.4865   1 TRY 0.4864   1 TWD 0.0563   1 UAH 0.0650   100 UZS 0.0211   1 XAG 29.0020   1 XAU 2197.6038   1 XPD 1557.9327   1 XPT 1586.8464   1 ZAR 0.1282   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Dünya xəbərləri


“Microsoft”un araşdırması: Qızlar təbiət elmlərinə niyə az maraq göstərir?
10.03.2017

Baki, FinanceTime.  “Microsoft” korporasiyasının Avropa ölkələrindən 11-30 yaş arasında olan 11 500 qızın iştirakı ilə apardığı yeni araşdırma onu göstərib ki, qızlara təbii elmlər, yüksək texnologiyalar, texnika və riyaziyyata (Science, Technology, Engineering, Math – STEM) marağı aşılamaq üçün müəllim və valideynlərin vaxtları bir o qədər də çox deyil (təxminən 4 il). Araşdırmanın nəticələrinə əsasən, qızlar elmlərə 11-12 yaşında maraq göstərir, lakin artıq 15 yaşında qızlarda bu maraq kəskin şəkildə azalır.

Son onillik ərzində Avropada texnoloji sektorda işə düzəltmə templəri digər sahələrə nisbətən 3 dəfə tez artıb. Qızlar arasında dəqiq eləmlər sahəsinə daha gənc yaşlarda müşahidə olunan marağın təşviqi və onların bu sahədə karyera qurmaq təşəbbüsü gənc nəsli nəinki etibarlı işlə təmin edə, hətta Avropa iqtisadiyyatının inkişafını stimullaşdıra bilər. Əgər rəqəmsal sahədə çalışan qadınların sayı sözügedən sektorda işləyən kişilərin sayına bərabər olsaydı Avropanın illik ÜDM-i 9 mlrd. Avro artardı.

Artıq hamı tərəfində qəbul edilmiş fikirə əsasən, qızlar tərəfindən elmlərə olan maraq yeniyetmə yaşında azalır. Lakin indiyədək heç kim sual verməyib ki, bu, nə vaxt və nəyə görə baş verir. “Microsoft” korporasiyası bu boşluğu aradan qaldırmaq qərarına gəlib və Almaniya, Belçika, Böyük Britaniya, Çexiya, Finlandiya, Fransa, İrlandiya, İtaliya, Niderland, Polşa, Rusiya və Slovakiya da daxil 12 Avropa ölkəsində bu günə olan ən dolğun araşdırma aparıb.

Araşdırma çərçivəsində “Microsoft” korporasiyası Avropanın 9 ölkəsində (Almaniya, Böyük Britaniya, Finlandiya, Fransa, İrlandiya, İtaliya, Niderland, Polşa və Rusiya) fokus qruplar seçib ki, bura təbii elmlər, yüksək texnologiyalar, texnika və riyaziyyat barədə öz fikirləri ilə bölüşmüş 54 qız daxil olub. Əldə olunmuş məlumat 11 500 nəfər qızın iştirak etdiyi sorğunun əsasını təşkil edib. Sorğu qızlarda STEM-fənlərinə olan marağın hansı yaşda azalmasını və səbəbini müəyyən etmək məqsədilə keçirilib.

Aparılan araşdırma ümidverici tendensiya nümayiş etdirib: qızlar əmidirlər ki, “kişilər və qadınlar arasında hər bir sahədə hüquq bərabirliyi” məhz onların nəslinin payına düşəcək. Buna baxmayaraq, qızların yalnız 42%-i karyeralarını elmi-texniki sahədə quracaqlarına ciddi şəkildə inanırlar. Paradoksal olsa belə, sorğuda iştirak edənlərin 59%-i müvafiq sahələrdə yalnız kişi və qadın arasında hüquq bərabərliyi olduğu halda STEM-təhsilə üstünlük verəcəklərini bildirib.

“Araşdırma göstərir ki, biz qızın elmlərə marağını inkişaf etdirməsi üçün onun ali məktəbə daxil olması barədə fikirləşəcəyini gözləyə bilmərik. Mənfi dinamikanı qırmaq üçün biz dövlət qurumları, müəllimlər və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik və tədris planlarını təkmilləşdirmək və nəzarətçiləri daha əlçatan etmək istiqamətində çalışırıq. Bundan başqa, biz qızlara göstərmək istəyirik ki, texnologiyalar sahəsində belə iş yaradıcı olub, peşəkar zövq verə bilər. Bu məqsədlə biz müxtəlif proqramlar hazırlayırıq, məsələn, texniki sahə ilə əlaqədar olan mənfi stereotipləri puç edən “DigiGirlz” düşərgələri təşkil edirik. Biz bilirik ki, sözügedən fənlərə qızların marağını dəstəkləyərək problemin aradan qaldırılma imkanlarını iki dəfə artırmış oluruq”, - deyə “Microsoft”un Avropada baş hüquq məsləhətçisinin köməkçisi Şelli MakKinli bildirib.

Sözügedən araşdırmanın nəticəsində əldə olunan məlumatlar təhsil sahəsinin mütəxəssislərinə, hökumət və “Microsoft” kimi korporasiyaların nümayəndələrinə Avropada qızların elm öyrənərkən hansı çətinliklərlə üzləşdiyini və onların aradan qaldırılması istiqamətində hansı tədbirlərin həyata keçirilməsini anlamağa kömək edəcək.

 

Araşdırma qızların STEM-təhsildə qızların marağına səbəb olan 5 strateji vacib amili müəyyən edib:

1.     qadın rol modellərinin mövcudluğu –təqlid nümunəsi;

2.     praktiki təcrübənin əldə olunması və praktiki məşğələlərin yerinə yetirilməsi;

3.     STEM-fənlərin müəllimlər tərəfindən təşviqi;

4.     STEM-təhsilin praktiki əhəmiyyətini və dəyərini anlamaq;

5.     Elmlərlə bağlı sahələrdə karyeranın qurulmasında kişi və qadınların bərabər hüquqa malik olması əminliyi.

 

Aparılan araşdırma onu da göstərib ki, qızların STEM-təhsilə olan münasibətləri ölkədən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Bəzi regionlarda elmlərin aşılamasında əsas maneə qızların öz güclərinə inanmamasıdır, digər regionlarda isə rol modellərinin və ya həmyaşıdlar tərəfindən dəstəyin yoxluğudur. Təbii ki, bu problemin həlli üçün universal bir yanaşma mövcud deyil; konkret ölkədə maneələri aradan qaldırmaq üçün istənilən strategiya uyğunlaşdırılmalıdır.

Araşdırma barədə daha ətraflı: https://1drv.ms/w/s!AqF14J7vbDnsgZgVwhQ7wfjm_rv_1g.





13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment