1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Maliyyə Bazarlarına Nəzarət Palatası ilə ABA arasında yeni prudensial normaların layihələri müzakirə edilib
09.03.2017

Baki, FinanceTime. 7 mart 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri arasında MBNP tərəfindən hazırlanmış yeni prudensial normaların layihələrinin müzakirəsi ilə əlaqədar görüş keçirilmişdir.

Görüşdə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev Palata tərəfindən yeni qaydaların formalaşdırılması zamanı banklarların mövqeyinin öyrənilməsi, banklar tərəfindən irəli sürülən təkliflərin müzakirə edilməsi məqsədi ilə bu cür görüşlərin keçirilməsinin çox müsbət hal olduğunu və bu formatda həyata keçirilən fikir mübadilələrinin qaydaların tətbiq mexanizminin effektivliyinin daha da artırılması üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Görüşdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın layihələri ilə əlaqədar Palata nümayəndələri təqdimatla çıxış etmiş və qeyd olunan layihələr üzrə bankların nümayəndələrinin mövqelərini dinləmişdir.

Palatanın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin rəhbəri Asim Zülfüqarov və həmin departamentin Prudensial siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov maraq doğuran məqamlarla əlaqədar bankların suallarını cavablandırmışlar. Həmçinin bank nümayəndələri tərəfindən yeni qaydalarla əlaqədar təkliflər irəli sürülmüş və sonda bu təkliflərin qısa zaman ərzində ABA tərəfindən sistemləşdirilərək Palataya ünvanlanmasına qərar verilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment