1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyində yeni təyinat
07.03.2017

Baki, FinanceTime.  Azərbaycan Respublikasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2009-cu il dekabr ayının 22-də istismara verilmiş ən iri vergi ödəyicilərindən biri olan və ölkəmizin iqtisadiyyatının stabil inkişafına öz töhfəsini verən, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi sayılan Sumqayıt Texnologiyalar Parkının rəhbərliyində dəyişiklik edilib. “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə icraçı direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub.

Emin Məmmədov 6 oktyabr 1973-cü ildə anadan olub. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika” fakültəsini, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Emin Məmmədov tanınmış beynəlxalq maliyyə təşkilatlarının əməkdaşı olaraq, istehsal layihələrinin maliyyələşdirilməsi sahəsində də böyük təcrübə toplamış, 1997-ci ildən bank sistemində  çalışır.

Bu təyinat TexnoParka yeniliklər gətirərək, idarəetmədə yenidənqurma işləri ilə yanaşı, struktur və kadr dəyişikliklərinə, onun daha sürətli inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək.

Regionda ən son texnoloji nailiyyətlərin innovativ həllərlə qovuşduğu və geniş təcrübə ilə dəstəklənən STP, Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadir olan istehsalat müəssisəsidir.

Ümumi 250 hektar sənaye tikililəri sahəsində yerləşən STP-nin bütün zavodları Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz olunub. İstehsal prosesində istifadə olunan xammalları Avropanın qabaqcıl ölkələrindən idxal edir. İstehsal edilmiş mallar isə AZS ISO/IEC 17025-2009, eləcə də ISO 9001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

Sumqayıt Texnologiyalar Parkı barədə daha ətraflı məlumat üçün *0990 zəng edə və ya www.stp.az saytına daxil ola bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment