1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab”: Ötən il Bakıda 11 min korporativ kompüter hücumlara məruz qalıb
03.03.2017

Baki, FinanceTime. “Kaspersky Lab” şirkətinin məlumatlarına əsasən*,2016-cı ildə Azərbaycanda şirkətlərə hücum cəhdlərinin ümumi sayı 2,2 milyonu üstələyib. Onların əksəriyyəti (84%) Bakıda, daha sonra isə Abşeronda (ümumi hücum cəhdlərinin 11%-i) qeydə alınıb. Bakıda hücuma məruz qalmış korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib.

Bu statistika qlobal tendensiya iləmünasibdir. Belə ki, “Kaspersky Lab”ın araşdırmalarına** əsasən, 2016-cı ildə demək olar ki, dünyada hər bir qurum ən azı bir dəfə kiberhücuma məruz qalıb. Günümüzdə bu hücumlar arasında ən geniş yayılanlar aşağıdakılardır:

 

·         Zərərli proqram təminatı–şirkətlərin 38%-i bu problem ilə qarşılaşıb;

·         Əməkdaşlar tərəfindən İT resursların düzgün istifadə edilməməsi –şirkətlərin 36%-i;

·         Korporativ məlumatların saxlandığı cihazların itirilməsi – şirkətlərin 31%-i.

 

Bu cür hücumlar acınacaqlı fəsadlara səbəb ola bilər: eyni araşdırmanın nəticələrinə görə şirkətlərin 43%-i kiber hadisələr nəticəsində mühüm əhəmiyyətli informasiya itkisi ilə üzləşiblər. Belə ki, hər üçüncü şirkət (37%) kommersiya sirri və ya əqli mülkiyyətlə bağlı, hər dördüncü şirkət isə (23%) maliyyə məlumatlarının sızıntısı halları ilə qarşılaşıb. Uğurlahəyata keçirilmiş kiberhücumdan kiçik və orta biznesə dəyən ortalama maddizərər86,5 min ABŞ dolları, böyük bizneslər üçün isə 861 min dollar məbləğində hesablanır.

Cinayətkarların alətləri daim dəyişir: ötən ilin hadisələri nümayiş etdirir ki, APT (məqsədli mürəkkəb hücumlar) sinfindən olan hücumlar yalnız hərbi, hökumət və mühüm infrastruktur qurumlarının “bəlası” deyil. Artıq kibercinayətkarların hədəfinə daha çox kommersiya şirkətləri tuşgəlir. “Kaspersky Lab”ın sorğusunun nəticələrinə görə,2016-cı ildə şirkətlərin 21%-i itkilər və informasiya sızıntısı ilə nəticələnən məqsədli hücumlara məruz qalıb. Cinayətkarlarhər bir əməliyyata diqqətlə hazırlaşırlar: potensial qurbanların maraqlarını araşdırır, məqsədli şəkildə şirkət işçilərinin tez-tez daxil olduqları veb-saytları aşkarlayırvə onları viruslayoluxdurur, hücum edilən şirkətin kontakt və təchizatçılarının siyahısını analiz edirlər. Bu səbəbdən də belə hücumları aşkar etmək çox çətin olur.

“Köhnə, sadə antivirusların vaxtı çoxdan keçib. Zaman keçdikcə kiberhücumladaha mürəkkəb və fərqli forma almağa başlayıb və sadəcə zərərli proqram təminatı ilə məhdudlaşmır. Dünyada şirkətlər müntəzəmşəkildə məqsədli hücumlar, məlumat casusluğu, şəbəkə oğurluğu, DDoS hücumları iləqarşılaşırlar. Əsas təhlükə isə cinayətkarların hədəf qismində daha çox mühüm infrastruktur obyektlərini, xüsusən də neft emalı zavodlarıvə qaz boru kəmərlərini seçməsidir. 2012-ci ildə Səudiyyə Ərəbistanıın nəhəng şirkətlərindən biri olan “Saudi Aramco”nun bütün serverləri 1 həftədən çox söndürüldü və nəticədə 17 gün sonra şirkət neft satışı üçün texniki imkanlara malik olmadığından onu pulsuz paylamaq məcburiyyətində qaldı. Bu cür hallarda şirkətlər İT infrastrukturun kompleks müdafiəsi haqqında düşünməlidirlər. Belə ki, şirkətlər sadəcə qabaqcıl antivirus texnologiyalarının mövcudluğu ilə kifayətlənməməli, həmçinin informasiyanın şifrələnməsi və onun bütün hissələrinin idarə olunması üçün müvafiq alətlər kimi əlavə müdafiə vasitələri əldə etməlidirlər”, - deyə “Kaspersky Lab” şirkətinin vitse-prezidenti və korporativ bölməsinin rəhbəri Veniamin Levtsov bildirib.

“Kaspersky Lab” şirkəti tərəfindən hazırlanmış “Biznes üçün Kaspersky Security” kompleks platforması şirkətin İT infrasktrukturunun geniş spektrli kibertəhdidlərdən hərtərəfli müdafiəsini və məlumatların məxfililiyinin qorunmasınıtəmin edir. Sözügedən platforma əsasında qurulmuş təhlükəsizlik sistemi korporativ poçtun, virtualmühitin, mobil cihazların təhlükəsizliyinin təmini, həmçinin maliyyə fırıldaqçılığının və DDoS hücumlarının qarşısının alınması üçün xüsusi əlavə həllərlə təchiz edilə bilər.

Kaspersky Anti Targeted Attack Platform” məqsədli hücumlardan müdafiə üçün yaradılmış həlldir. Bu hücumların əsas təhlükəsi onların hər bir təşkilat üçün xüsusi olaraq işlənib hazırlanması və bununla belə özlərini aşkara çıxarmamasıdır. Belə hücumlar məlumat sızıntısı, müəssisənin fəaliyyətinin dayanması və ya nüfuza zərbəilə nəticələnə bilər. “Kaspersky Lab”ıntəqdim etdiyi həll bütün mərhələlərdə hücumlara müqavimət göstərir və eyni zamanda, başlayan hücumu aşkarlayaraq itkiləri minimallaşdırmağa, cari infrastrukturda təhlükəsizlik risklərini dəyərləndirərək müəssisəni potensial təhlükələrdən qorumağa imkan verir.

* Məlumatlar “Kaspersky Lab” şirkətinin məhsullarının korporativ istifadəçilərindən “Kaspersky Security Network” bulud müdafiə infrastrukturu vasitəsilə anonim əsaslarla əldə edilib.

** “Biznesin informasiya təhlükəsizliyi” araşdırması “Kaspersky Lab” şirkəti və “B2B International” tərəfindən 2016-cı ildə aparılıb. Sorğuda 25 ölkədən 4400-dən çox İT-mütəxəssisiştirak edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment