1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” ADA Universitetinin təşkil etdiyi karyera sərgisində yeni vakansiyalar təqdim etdi
02.03.2017

Baki, FinanceTime.  “Nar” gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator 2 mart 2017-ci il tarixdə ADA Universiteti tərəfindən bu təhsil müəssisəsinin kampusunda təşkil edilmiş 5-ci karyera sərgisində iştirak edib. Universitetin istedadlı, məqsədyönlü və çalışqan tələbələrinin iştirakı ilə keçirilən sərgidə biznesin təşkili və idarə edilməsi, ictimai siyasət və idarəetmə, beynəlxalq münasibətlər və diplomatiya, informasiya texnologiyaları və kompüter mühəndisliyi, kompüter elmləri və sistem mühəndisliyi və iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.  

ADA Universiteti tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə təşkil edilmiş karyera sərgisində iştirak edən “Nar” bununla illər ərzində uğurlu əməkdaşlıq etdiyi ADA Universiteti ilə olan tərəfdaşlıq münasibətlərinə daha bir töhfə verib.

“Nar” gənc kadrlara 5 iş vakansiyası təqdim edib. Brend və reklam işi üzrə mütəxəssis, kommersiya üzrə analitik, rəqəmsal marketinq üzrə mütəxəssis, media satınalması üzrə mütəxəssis və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil operator gənclərin işə cəlb edilməsi istiqamətində daha bir addım atıb.  

Tədbirdəki “Nar” stendi gənclərin böyük marağına səbəb olub. Təqdimat zamanı onlara iş vakansiyaları barədə daha ətraflı məlumat verilib, mobil operatorun nümayəndəsi gəncləri maraqlandıran suallara cavab verib, müvafiq prosedur əsasında maarifləndirici söhbət aparılıb. Namizədlər öz tərcümeyi-hallarını “Nar” nümayəndəsinə təqdim ediblər. “Nar” operatorunda karyera fürsəti ilə maraqlanmış ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq mobil operatorda qeyd edilən vakansiyalar üzrə işlə təmin edilmək imkanı qazanacaqlar.  

“Nar” vakansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment