1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sosial şəbəkələrdəki təhlükələrdən uşaqları necə qorumalı
27.02.2017

Baki, FinanceTime. Hər zaman abunəçiləri üçün ekskluziv məhsullar və xidmətlər təklif edən Azercell Telekom MMC vəinformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalqşirkətKaspersky Lab iləbirgə əməkdaşlığın davamı olaraq ictimaiyyəti son zamanlar olduqca aktual olan“Sosial şəbəkələrdəki təhlükələrdən uşaqları necəqorumalı” məsələsinə yönəltməyə cağırır!“Kaspersky Security Network’s Big Data”statistikasına əsasən, Azərbaycan uşaqlarının internet-fəallığının 75% -i ünsiyyət vasitələrinə düşür,  onların da arasında sosial şəbəkələr üstünlük təşkil edir. Dünya üzrə orta göstərici isə bu yöndə 63% təşkil edir, yəni Azərbaycanın gənc sakinləri sosial şəbəkələrin fəal istifadəçilərindəndilər.

Ekspertlər sosial şəbəkə ilə bağlı bir neçə əsas təhlükəni qeyd edirlər. Məsələn, uşaqlar təsadüfən və ya məqsədli şəkildə “böyüklər” üçün nəzərdə tutulmuş səhifələrə daxil ola bilərlər. Söhbət təkcə erotika və pornoqrafiyadan getmir, burada narkotik, sui-qəsd, zorlama səhnələri və ya silah haqqında məlumat da ola bilər. Digər təhlükə isə sosial şəbəkələrdə uşaqların yad insanlarla ünsiyyəti əsasında ortaya çıxa bilir. Araşdırma  göstərir ki, orta hesabla 14-16 yaşlı yeniyetmələr sosial şəbəkələrdə 47 dostundan yalnız 25-ni şəxsən tanıyır. Belə hallardamonitorun o biri başında oturan insanın uşaq və ya cinayətkar olmasınazəmanət yoxdur.Məsələni şiddətləndirən amillərdən biri də odur ki, yeniyetmələr sosial şəbəkələrdə öz ünvanları, oxuduğu məktəbləri, olduğu yerləri göstərirlər: bunu 55% respondentlər etiraf ediblər. Belə tipli məlumatlar cinayətkara istədiyi halda onları real həyatda tapmağa imkan verir. Bundan başqa, son zamanlar uşaqlar sosial şəbəkələrdə kiberbullinqlə də rastlaşır.

Bəs Sosial şəbəkələrdə aktiv olan uşaqların həyatında nəyinsə baş verdiyini necə bilmək olar?

·         Əhval-ruhiyyənin səbəbsiz dəyişməsi;

·         Rəqəmsal vasitə və sosial şəbəkələrin istifadə üslubunun dəyişməsi (uşaq gecə internetə daxil olmaq üçün oyanır);

·         Sosial şəbəkələrdə “dostlarının” kəskin artnası və ya azalması;

·         Yaşca özündən çox böyük olan “dostlarının” peyda olması;

·         Uşağın səhifəsində təhqiramiz şəkil və ismarışların olması;

·         Sosial şəbəkələrdə səhifənin ləğv edilməsi.

Qeyd etmək lazımdır ki, bu,tam siyahı deyil, amma əgər övladınızda bu əlamətlərdən hər hansı biri varsa, onun onlayn-həyatına mütləq diqqət etmək lazımdır.

İnternetdə uşaqların təhlükəsizliyini qorumaq üçün Azercell abunəçilərinə Kaspersky Lab tərəfindəneksklyuziv olaraq “Kaspersky Safe Kids” məhsulu təqdim olunub. Vlideynlərə nəzarət etmək imkanı yaradan məhsul gənc istifadəçilərin arzuolunmaz veb-səhifələrə girişini məhdudlaşdırır, uşaqların İnternetdə istifadə etdiyi proqramlara və sərf etdiyi vaxta nəzarət edir, uşaqların İnternetdə aktivliyi, smartfon vasitəsilə göndərdiyi SMS-lər haqqında detallı məlumatları valideynlərə ötürür və geoməkan funksiyası sayəsində uşaqların yerini müəyyən edir.

Sosial şəbəkələrdə gənc istifadəçiləri gözləyən təhlükələr və onlardan müdafiə olunma üsulları barədə daha ətraflı https://kids.kaspersky.ruhttps://www.azercell.com/safety/safekidsünvanlarında tanış ola bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment