1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində hökumətlərarası saziş imzalanmışdır
27.02.2017

Baki, FinanceTime. Fevralın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov Cibutinin Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə tərəflər Azərbaycan və Cibuti arasında ikitərəfli əlaqələri, həmçinin ölkələrimiz arasında ticarət əlaqələrinin perspektivlərini müzakirə etmişdirlər.

Görüşün yekunlarına əsasən Cahangir Əsgərov və Mahmud Əli Yusuf mülki aviasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası saziş imzalamışdırlar.

İmzalanmış saziş iki ölkə arasında müntəzəm sərnişin və yük daşımalarını həyata keçirməyə imkan verəcək ki, bu da öz növbəsində beynəlxalq münasibətlərin iqtisadi və mədəni inkişafına kömək edəcək.

Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına martın sonu - aprelin əvvəlində başlamaq planlaşdırılır.

Cahangir Əsgərov qeyd etmişdir ki, bundan öncə Cibuti Prezidenti İsmail Ömər Qelle ilə görüşdə əldə olunmuş razılaşmaya əsasən ilk reyslə Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 tona qədər məhsulları göndəriləcək. Azərbaycan məhsullarının yeni bazarda təqdimatı ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin başlaması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment