1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku görmə məhdudiyyəti olan uşaqlar üçün Braille teach cihazını təqdim etdi!
24.02.2017

Baki, FinanceTime. Görmə məhdudiyyəti olan uşaqların Brayl əlifbasını öyrənmələrinə kömək edəcək “Braille teach” adlı interaktiv qurğunun hazırlanmasında maliyyə dəstəyi göstərən Bank of Baku cihazın rəsmi təqdimetmə mərasimini keçirdi.

24 fevral 2017-ci il tarixində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbi”ndə keçirilən tədbirdə cihazın hazırlanmış ilk nüsxələri məktəb rəhbərliyinə təqdim olundu.

Təqdimetmə mərasimində açılış nitqi ilə iştirak edən internat məktəbinin direktoru İradə Vəzirova cihazın ilkin olaraq bir ay müddətində sınaqdan keçirildiyini və pedaqoji heyət tərəfindən əsasən məktəbəqədər və ibtidai siniflərdə təhsil alan gözdən əlil uşaqların şifahi nitqi və əqli inkişafı üçün əlverişli olduğunu bildirib. 

Bank of Baku-nun Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində istehsal olunan bu cihaz, Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirovanın sözlərinə görə uşaqların Brayl əlifbasını daha asan və rahat şəkildə öyrənmələrinə, həmçinin dərslərin interaktiv təhsil metodu ilə keçirilməsinə müsbət fayda verəcək. 

Azərbaycanda ilk dəfə tətbiqinə başlanılacaq bu cihaz “Bionix Tech” şirkətinin təsisçisi və icraçı direktoru Rəşid Əliyev tərəfindən ixtira olunub. Tədbirdə çıxış sözü ilə iştirak edən Rəşid Əliyev cihaz və onun istifadəsi haqqında ətraflı məlumat verib, Brayl əlifbasının öyrənilməsində uşaqlar üçün təqdim etdiyi üstünlüklərdən danışıb.

Qeyd edək ki, cihaz 4 dildə - Azərbaycan, rus, ingilis və alman dillərində istehsal olunaraq həm hərflərin, həm də rəqəmlərin öyrənilməsi üçün müxtəlif oyunlardan ibarətdir.

 

 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment