1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank elit kartlar təklif edir
22.02.2017

Baki, FinanceTime. Visa Infinite – Visa ödəniş sisteminə aid kart ierarxiyasında ən yüksək pillədədir. Bu kart elitarlıq rəmzi sayılır və hər bir bankın müştərisinə maksimum sərbəstliyə, komfort və dünyanın istənilən məkanında VIP-xidmətlərinə təminat verir. Xarici ölkəyə səyahət zamanı Visa Infinite kartının sahibləri, o cümlədən onunla səyahətə çıxan 5 ailə üzvü bütün növ risklərdən sığortalanır. Visa şirkəti Visa Infinite ödəmə kartı ilə alış-veriş zamanı istehsalçı tərəfindən verilmiş təminat müddətinə əlavə olaraq daha 24 aya qədər təminat verir. Alış-verişin qorunması proqramı çərçivəsində, bu kart vasitəsilə alınan mallar oğurlanma, zədələnmə, sıradan çıxma hallarından etibarlı sığortalanmış olur. Dəbdəbəli otellər şəbəkəsinin xüsusi proqramları, aparıcı avtomobil icarəsi bürolarında eksklüziv xidmət,

Azərbaycan və dünya üzrə məşhur butiklərdə endirimlər – bütün bunlar Visa Infinite sahibləri üçündür. Visa İnfiniti-dən heç də geri qalmayan World Elite Mastercard Azər Türk Bankın kart müştərilərinə özünün xidmət və üstünlüklərini, o cümlədən səyahət, alış-veriş və bütövlükdə həyat tərzi ilə bağlı unikal imkanları təqdim edir. World Elite kartının sahibləri dünyanın 600-dən artıq hava limanında VİP-zallara giriş imkanı əldə edir. Kart sahibi onu yola salan şəxsləri və biznes üzrə tərəfdaşlarını da (VİPzalların şərtlərindən asılı olaraq 10 adama qədər) özü ilə zala dəvət edə bilər. 24/7 vaxt rejimində kart sahibinin dünyanın istənilən nöqtəsində arzu və istəklərinin gerçəkləşməsində yardımçı olacaq şəxsi menecer, məşhur otellərdə bron etmə, qapalı ziyafətlərə və klublara keçid, incəsənət premyeralarında iştirak və bir çox digər imkanlar World Elite-dən kart sahibinə ərməğandır. Xidmətdən faydalanmaq üçün xüsusi nömrəyə zəng edib şəxsi menecerlə əlaqə saxlanılması yetərlidir. Azər Türk Bankı bu elit kartları reklam etmir, təklif edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment