1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Microsoft” tərəfdaş şirkətləri üçün təlim təşkil edib
21.02.2017

Baki, FinanceTime. “Microsoft Azerbaijan” şirkəti “Azure” bulud platforması üzrə tərəfdaş və sifarişçi şirkətlərin İT-mütəxəssisləri üçün treninq təşkil edib.

Üç gün davam edən treninqin ilk günündə “Microsoft Azure” platformasında mümkün ssenarilərin təsviri, bulud layihələri, tərəfdaş şirkətlərdə komandalarda bacarıqların inkişaf etdirilməsinin əsas istiqamətləri, sifarişçi şirkətlər üçün layihə portfellərinin formalaşdırılması kimi məsələlər müzakirə olunub. Təlimə təşkilatçılar tərəfindən İT infrastruktur və təhlükəsizlik üzrə yüksək ixtisaslı ekspert İqor Şastitko dəvət edilib ki, o da öz növbəsində iştirakçılarla nəzəri biliklərilə yanaşı praktiki təcrübəsiilədə bölüşüb.

Bundan başqa, şirkətlərin bulud texnologiyasına keçidi ilə bağlı işə necə başlamalı, infrastruktur bulud layihələrinin ümumi təsvirini verməklə sifarişçiyə nə təklif edilməli, bu cür layihələrin mərhələləri və nümunələri haqqında geniş məlumat verilib və iştirakçıların bir çox sualına aydınlıq gətirilib. Eyni zamanda, “Azure” bulud platformasını müvafiq xüsusiyyətli digər platformalarla müqayisəsi aparılıb və xidmətin üstün cəhətlərivurğulanıb.

Təlimin ikinci və üçüncü günləri iştirakçılara daha çox praktik biliklər ötürülüb. Belə ki, infrastruktur bulud layihələrində “Microsoft” korporasiyası tərəfindən hazırlanmış “Operations Management Suite” (Əməliyyatların idarə edilməsi dəsti), “Enterprise Mobility +Security” kimi hazır bulud xidmətlərinin tətbiqi modelləri araşdırılıbvə onların layihələrdə tətbiqi məsələləri müzakirə olunub. Bundan başqa, iştirakçılara “Microsoft Intune” xidmətindən istifadə edərək mobil cihazların idarə edilməsi layihələrinin icrası barədə geniş məlumat təqdim edilib.

Təlim proqramında günümüzün başlıca problemlərindən olan kibertəhlükələrdən qorunma məsələsi də diqqətdən kənarda qalmayıb. Belə ki, treninqin son günündə “Microsoft Advanced Thread Analytics” və “Microsoft Cloud App Security” kimi bulud xidmətlərindən yararlanmaqla təhlükəsizliyi təmin etməyin mümkünlüyü müzakirə olunub. Təlim iştirakçıları üç gün ərzində əhatə olunan mövzuları xüsusi maraqla qarşılayıb, təlimin sonunda keçirilən sual-cavab sessiyasında aktiv şəkildə iştirak ediblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment