1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ukraynada «Asan İmza» texnologiyası əsasında «Mobile ID» mobil elektron imzanın tətbiq edilməsi müzakirə olunub
15.02.2017

Baki, FinanceTime. Fevralın 7-si və 8-də Ukraynanın elektron idarə edilməsi məsələləri üzrə Dövlət Agentliyi tərəfindən Kiyevdə təşkil olunmuş tədbir çərçivəsində həmin Agentliyin əməkdaşları, mobil operatorlar, habelə beynəlxalq ekspertlər arasında Ukraynada mobil elektron imza xidmətinin («Mobile ID») tətbiq edilməsilə bağlı müzakirələr aparılıb. Mobil texnologiyaların gündəlik həyatda və peşəkar fəaliyyətdə yayılma səviyyəsini, mobil rabitənin 3G və LTE kimi yeni standartlarının tətbiq edilmə tendensiyalarını, eləcə də smartfonlara tələbatın artmasını nəzərə aldıqda, «Mobile ID» texnologiyası vətəndaşlara həm dövlət, həm də özəl müəssisələr tərəfindən elektron xidmətlərin təqdim olunması kontekstində ən perspektivli həll kimi ortaya çıxır. «Mobile ID» hüquqi dəyəri olan elektron sənədlərin yaradılması üçün şəxsiyyətin təsdiq edilməsinə xidmət edən elektron imzanın telefonun SIM-kartında yerləşdirilməsini nəzərdə tutur.

«Ukrayna üçün rəqəmsal bazarın inkişafında bu innovativ layihə həqiqətən sıçrayış mahiyyəti daşıya bilər. Mən çox şadam ki, Agentliyin nümayəndələri ilə «Kiyvstar» mobil rabitə operatoru, habelə Aleksandr Rıjenko, Viktoriya Şevçenko, Vladimir Ostaşçuk və Yana Krimpenin timsalında beynəlxalq ekspertlərin birgə görüşü çərçivəsində biz «Mobile ID»-nin tətbiqinin pilot layihəsinin iki ay davam edəcək ikinci, sonuncu mərhələsinə rəsmi start verdik. Eləcə də xatırlatmaq istərdim ki, artıq 2016-cı ilin sonunda biz Dövlət Torpaq Kadastrından elektron xidmətlərin əldə edilməsi sahəsində «Mobile ID»-nin imkanlarını nümayiş etdirmişdik. Odur ki, mən əminəm: məhz 2017-ci il Ukraynada «Mobile ID»-nin tətbiqi ili olacaqdır», - deyə, görüşün sonunda Ukraynanın elektron hökumət məsələləri üzrə Dövlət Agentliyinin sədr müavini AlekseyVıskub qeyd etmişdir.

Qeyd edək ki, ötən ilin sonunda Elektron hökumət məsələləri üzrə Dövlət Agentliyinin, Ukraynanın Ədliyyə Nazirliyinin, habelə «Kiyvstar» mobil rabitə operatoru kimi Ukraynanın dövlət və özəl struktur nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri baş tutmuşdu. Əsas məqsəd əhaliyə elektron xidmətlər və qabaqcıl texnologiya sahəsində Azərbaycan təcrübəsi ilə tanışlıqdan ibarət idi. Səfər çərçivəsində Ukraynalı qonaqlar Azərbaycan Respublikası Vergilər Nazirliyində, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, habelə «Azercell Telecom» və «B.EST Solutions» şirkətlərində görüşlər keçirmişlər. Görüşlər zamanı əsas diqqət «Asan İmza» gücləndirilmiş mobil elektron imza xidmətilə bağlı məsələlərə ayrılmışdı. O cümlədən, Azərbaycanın mobil identitet ekosisteminin ümumi arxitekturası, dövlət və özəl sektorların əməkdaşlıq modeli əsasında sistemin komponentləri arasındakı qarşılıqlı əlaqə, mobil elektron imza ilə mümkün olan innovativ elektron xidmətlər kimi mövzular müzakirə olunmuşdur. Keçən ilin sentyabr ayında Ukraynada keçirilən «PKI Forum»-da Ukraynanın milli elektron rəqəmsal imza sertifikatı ilə pilot rejimində sənəd imzalamaq imkanlı «Asan İmza» texnologiyasının analoqu nümayiş etdirilmişdi. Azərbaycan ilə Ukrayna arasında sənədin pilot rejimində imzalanması «Asan İmza» xidmətinin operatoru hesab edilən «B.EST Solutions» şirkətinin, Ukrayna Ədliyyə Nazirliyinin sertifikat mərkəzinin, habelə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilmişdi. Bu əməkdaşlıq sayəsində hal-hazırda Ukraynada Azərbaycanın «Asan İmza» mobil elektron imza texnologiyası əsasında bu ölkənin vətəndaşına milli sertifikatın verilməsi artıq uğurla sınaqdan keçirilmişdir.

Kiyevdə keçirilən tədbirdə «Asan İmza» gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru olan «B.EST Solutions» şirkətinin rəhbəri Yana Krimpenin qeyd etdiyi kimi dünyada ən təhlükəsiz mobil identitet texnologiyası olaraq «Asan İmza» elektron xidmətlərdə istifadəçilərin şəxsi məlumatlarına istənilən qeyri-qanuni giriş riskinin qarşısını alır, çünki xidmətin aktivləşdirilməsi üçün bütün lazımi məlumat yalnız istifadəçinin özünə məlumdur. Ukraynanın mobil operatorları və dövlət orqanları ilə keçirilən çoxtərəfli görüşlərdə xanım Yana Krimpe Ukraynanın xidmət provayderlərinin yüksək texnoloji səviyyələrini, onların elektron rəqəmsal imza məsələlərində bilik və səriştələrini, habelə bazarın innovativ xidmətlərin göstərilməsinə yüksək hazırlıq dərəcəsini qeyd etmişdir.

«B.EST Solutions» şirkəti və «Asan İmza» komandası Azərbaycan texnologiyalarının qonşu ölkələrə ixrac edilməsi istiqamətində intensiv iş aparır. Məhz «Asan İmza» sayəsində «Mobile ID» xidmətinin bugün Azərbaycan vətəndaşlarına əlçatan üstünlükləri Ukraynada da təqdim edə biləcək», - deyə, Yana Krimpe qeyd edib.

Məlumat üçün:

Ukraynanın elektron idarəetmə məsələləri üzrə Dövlət Agentliyi ölkənin mərkəzi icra orqanıdır. Agentliyin fəaliyyəti Ukraynanın Nazirlər Kabineti tərəfindən istiqamətləndirilir və əlaqələndirilir. Agentlik informasiyalaşdırma, elektron idarəetmə, milli elektron informasiya resurslarının formalaşdırılması və istifadə edilməsi, eləcə də informasiya cəmiyyətinin inkişafı sahələrində dövlət siyasətini həyata keçirir.

«Asan İmza» mobil elektron imza mobil telefonun şəxsiyyəti təsdiq edən elektron vəsiqə və sənədlərin imzalanma vasitəsi kimi istifadə edilməsi imkanını yaradan texnologiyadır. «Asan İmza»nın əsas üstünlüyü ondan ibarətdir ki, smart-kartın oxunması üçün əlavə qurğu və ya proqram təminatı tələb olunmur. Xidmətdən faydalanmaq üçün mobil telefon və autentifikasiya və imza açarları daşıyıcısı olan SIM kartın olması kifayətdir. “Asan İmza” sistemində istifadə olunan mobil elektron imza sertifikatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən vətəndaşlara təqdim edilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment