1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” nüfuzlu sosial media mükafatına layiq görüldü
14.02.2017

Baki, FinanceTime.  “Nar” “İlin ən yaxşı “tweet”-i” nominasiyasında “Bomba”sosial media mükafatına layiq görüldü. Buna səbəb mobil operatorun sosial şəbəkələr üzərindən göstərdiyi aktiv fəaliyyətdir. Müştərilər “Twitter”, “Facebook” və digər sosial şəbəkələrdə “Nar”-ın maraqlı paylaşımlarını izləyə, həm də onları maraqlandıran sualları birbaşa yaza bilərlər. Belə ki, “Nar” sosial şəbəkələr üzərindən tam şəkildə müştəri xidməti göstərən ilk və hazırda yeganə mobil operatordur. İnternet istifadəçiləri harada olduqlarından asılı olmayaraq “Nar”-a yaza və üçüncü tərəfə yönləndirmə olmadan birbaşa xidmətlərdən yararlana bilərlər.

“Twitter” istifadəçilərinin “Nar”-a yazdıqları sorğular təkcə xidmətlərlə məhdudlaşmır. “Twitter” istifadəçiləri “Nar” ilə bağlı istədikləri mövzuda səhifəyə yazır və cavab ala bilirlər. Nəticədə, 2016-cı ilin göstəricilərinə əsasən, “Nar” izləyicilərinin hər 1000 nəfərə görə aktivliyi orta hesabla 544 nəfər təşkil edib. İzləyici aktivliyinə görə “Nar”-ın “Twitter” səhifəsi ölkədə ən aktiv korporativ səhifədir.

Bundan başqa, 2016-cı ildə “Nar”-a sosial şəbəkələr üzərindən müraciətlərin sayı 2015-ci illə müqayisədə 84% artmışdır. Sorğuların artmasına baxmayaraq, istifadəçilərə göstərilən xidmətin də keyfiyyəti yüksəlmişdir; “Facebook”-un göstəricilərinə əsasən, daxil olan sorğuların 98%-i bir neçə dəqiqə ərzində cavablandırılır.

“Nar” təkcə “Twitter”, “Facebook”, “YouTube” və “Instagram”-da deyil, hətta “Google+”, “Soundcloud” kimi sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərir. Sosial şəbəkələr üzərindən yüksəkkeyfiyyətli xidmət göstərmək, eləcə də izləyicilər üçün maraqlı məzmunların paylaşılması “Nar”-ın müştəri yönümlü xidmət strategiyasının tərkib hissəsidir. Bu strategiyanın məntiqi nəticəsi kimi “Nar” Azərbaycanın nüfuzlu sosial media mükafatı olan “Bomba” mükafatına layiq görüldü. “Bomba” mükafatı 2016-cı ildə “Twitter”, “Facebook”, “YouTube” və ”Instagram” səhifələrində ən yaxşı və aktiv fəaliyyət göstərən blogger, istifadəçi  və şirkətlərə verilir. Mükafata bütün nominasiyalar üzrə namizədlər sosial şəbəkələr üzərindən aparılan səsvermə ilə seçilir. Daha sonra münsiflər heyəti bu namizədlər arasından qalibləri seçir. Səsvermələrə əsasən, “Nar” “İlin ən yaxşı “tweet”-i”, “İlin ən yaxşı korporativ “Instagram” səhifəsi” və “İlin ən yaxşı korporativ “Facebook” səhifəsi” nominasiyalarında təmsil olunurdu.

Artıq bir neçə ildir ki, internet istifadəçiləri “Nar”-ın kampaniyaları və yeniliklərindən xəbər tutmaq, müştəri xidmətlərinə yazmaq və ya sadəcə maraqlı paylaşımları izləmək üçün “Nar”-ın “Twitter”, “Facebook”, “YouTube”, “Instagram” və digər sosial şəbəkələrdəki səhifələrini izləyir.

Siz də “Nar”-ı aşağıdakı ünvanlardan izləyə bilərsiniz:

 facebook.com/narofficial

twitter.com/salam_nar

instagram.com/salam_nar

youtube.com/c/nar_official


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment