1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ADA” Universiteti məktəblilər arasında II Ingilis Dili Olimpiadasını elan edir
13.02.2017

Baki, FinanceTime.  “ADA” Universiteti  Akademik Məqsədlər üçün II Ingilis Dili Olimpiadasını elan edir.  Olimpiadada iştirak Bakı məktəblərinin 10-11 ci sinif şagirdləri üçün açıqdır. Gənc qalibləri maraqlı mükafatlar gözləyir. Belə ki, üçüncü yerin sahibi planşet və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbinin təhsil haqqına 50% endirim, ikinci yerin sahibi noutbook və Universitetdə ingilis dili üzrə yay məktəbinin təhsil haqqına 75% endirim, birinci yerin sahibi isə Böyük Britaniyada ingilis dili kursu və “ADA” Universitetində ingilis dili üzrə yay məktəbində iştirak etmək imkanı qazanacaq.

“ADA” Universitetinin Təhsil fakültəsinin tərəfdaş məktəbi olan 132-134 saylı təhsil kompleksində keçiriləcək Olimpiadanın fevralın 19-dakı birinci mərhələsi zamanı iştirakçılar ingisli dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 sualı yazılı şəkildə cavablandırmalıdırlar. Martın 12-dəki ikinci mərhələyə uğurla  keçənlər yazı və dinləmə qabiliyyətindən yarışa qatılacaqlar. Qaliblər “ADA” Universitetində mükafatlandırılacaqlar.

Ötən il Universitetin “Focus” tələbə klubunun təşəbbüsü kimi başlayan Olimpiada bu il nəinki iştirakçıların coğrafiyasını genişləndirib, həm də ingilisdilli təhsilllə məşğul olan təşkilatlarla tərəfdaşlıq edir. Olimpiada sualları British Council tərəfindən hazırlanır, Oxbridc Akademiyası və Təhsildə İnnovativ Texnologiyalar təlim mərkəzi isə təşkilatı dəstək verir.

“ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal bildirmişdir ki, müasir dünyanın elm və peşəkar inkişaf dili kimi ölkədə son vaxtlar ingilis dilinə tələbat artıb. Xüsusilə də gənclər, ingilis dilli təhsilin onlara necə imkanlar açdığını başa düşür, sadəcə ingilis dili yox, akademik məqsədlər üçün ingilis dilini öyrənməyə çalışırlar: “ADA tələbələrinin sosial bir layihə kimi başladıqları bu Olimpiadanı biz, Universitet olaraq ilk gündən dəstəklədik. Ötən il əldə etdiyimiz nəticələr, şagirdlərin həvəsi və bacarığı bizi daha da ruhlandırdı və bu ilki Olimpiadada iştirakı bütün Bakı məktəblərinin 10-11ci sinif şagirdləri üçün açıq elan etdik. Əminəm ki, iştirakçılarımız arasında  bu il də kifayət sayda istedadlara rast gələcəyik.”

Akademik Məqsədlər üçün II Ingilis Dili Olimpiadasında iştirak etmək istəyənlər fevralın 14-dək www.olympiad.ada.edu.az səhifəsində elektron şəkildə qeydiyyatdan keçməlidirlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment