1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyəti Strateji Yol Xəritəsinə uyğun quracaq
13.02.2017

Baki, FinanceTime.  13 fevral 2017-ci il tarixində  Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda  ölkədə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlardan, Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyətinin Strateji Yol Xəritəsinə uyğun qurulacağındansöhbət açılıb.

İclası giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, bu sahəyə olan dövlət qayğısı barədə ətraflı məlumat verib. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi barədə sərəncamı özəl sektorun inkişafına yönələn addım kimi qiymətləndirib. M.Musayev bildirib ki, Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişafın əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyət göstərdiyi müddətdə kiçik və orta sahibklarlığın problemlərinin öyrənilməsi, mövcud problemlərin müvafiq qurumlara çatdırılması  sahəsində bütün cari fəaliyyətini Strateji Yol xəritəsinin hədəflərinə uyğun quracaq.

İclas zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının  2016-cı ildə fəaliyyəti  barədə hesabat  verilib, konfederasiyanın ictimai həyatında baş verən yeniliklər barədə iclas iştirakçıları  məlumatlandırılıb. Bildirilib ki,  2016-cı ildə  yadda qalan əlamətdar hadisə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il  25 aprel “Sahibkarlar Günü”-nün təsis edilməsi olub. Sözügedən sərəncamın icrasından irəli gələrək 25 aprel 2017-cı il tarixdə “Sahibkarlar Günü”-nə həsr  olunmuş tədbirin  keçirilməsi nəzərdə tutulur. Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu tədbirə bugündən hazırlaşmalıdır.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının   Baş katibi Orxan Bayramov  ASK-nın fəaliyyətinin, onun daxili sturukturunun və komissiyalarının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinə” uyğunlaşdırılması zəruriyyətindən söz açıb.

Daha sonra gündəlikdə qeyd olunan cari  məsələlərin müzakirəsinə başlanılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment