1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Con Vik 2 – premyeradan 2 gün öncə Park Cinemada özəl press-nümayiş
08.02.2017

Baki, FinanceTime. Fevral ayının 7 Park Cinema Flame Towers-də bu ayın ən çox gözlənilən filmi “Con Vik-2”-nin pressa üçün xüsusi nümayişi baş tutdu. Filmin baş rolunda Kianu Rivz yer almışdı: «Böyük məmnuniyyətlə yenidən kostyum geyinib və Con Vikin sevimli məşğuliyyətlərinə qayıtdım. Dava, ehtiras və azadlıq uğrunda mübarizə aparan gənclər».

Filmdəki roluna hazırlıq zamanı Kianu Rivz iki tapancadan eyni anda atəş açmaq texnikası üzrə sabiq xüsusi təyinatlı döyüşçülərdən dərslər almışdır. İnternetdə hətta Kianu Rivzin aktyor heyəti ilə birgə poliqonda müxtəlif növ silahlardan atəş açdığı video paylaşılmışdı.

Con Vik vaxtı ilə dünyanın ən yaxşı killeri idi, lakin o sonsuz ölümlərdən usanır və mənəvi rahatlıq axtarışına çıxır. Con işlərindən uzaqlaşır, lakin normal insan həyatından təzəcə həzz alırdı ki, yenidən silahlara üz tutmalı olur. Məsələ burasındadır ki, onun keçmiş həmkarı muzdlu qatilərdən ibarət məxfi qruplaşmaya başçılıq edir və Conun vaxtı ilə verdiyi and onu həmkarının köməyinə yetişməyə vadar edir. Vik dünyanın ən qəddar qatillərindən biri ilə mübarizəyə girməli olacağı Romaya yollanır.

Filim haqda maraqlı faktlar:

·         Con Vik haqda hekayə trilogiya hesab olunur. Hazırkı film onun ikinci hissəsidir.

·         Filmin çəkilişləri 26 oktyabr 2015-ci ildə Nyu-Yorkda başlamışdır. Çəkilişlər həmçinin Roma (İtaliya) və Monrealda (Kanada) da baş tutmuşdur.

·         Film, 2003-cü il “Matritsa: İnqilab” filmindən sonra Lorens Fişbörn və Kianu Rivzin bir araya gəldiyi ilk filimdir.

·         Filmin rejissoru Çad Stahelski “Matritsa” trilogiyasında dublyor/kaskadyor qismində çalışmışdır.

“Con Vik-2” Park Cinemanın ekranlarında geniş nümayişə 9 fevral tarixindən etibarən çıxacaq.Film Distribution International və Central Partnership şirkətlərinə nümayişi təşkil etdiklərinə görə təşəkkür edirik.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment