1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Tirana Ticarət Palatası qarşılıqlı əməkdaşlıqda maraqlıdır
08.02.2017

Baki, FinanceTime. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin Albaniya Respublikasına səfəri çərçivəsində Albaniya Respublikasının Tirana Ticarət Palatasının sədri Nikolin Jaka ilə görüşü keçirilib. Görüşdə iki ölkənin özəl sektoru arasında iqtisadi sahədə  mövcud vəziyyəti, ticarət əlaqələrinin, investisiya  imkanlarının və gələcək əməkdaşlığının inkişaf perspektivləri  müzakirə edilib.

Görüş zamanı Azərbaycan iqtisadiyyatı, xüsusilə də özəl sektor   haqqında ətraflı məlumat verən ASK-nın prezidenti Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən, bu sahəyə olan dövlət qayğısından söhbət açıb. M.Musayev  albaniyalı  iş adamlarını  da azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Görüşdə Tirana Ticarət Palatasının Sədri Nikolin Jaka bildirib ki, Azərbaycanla iqtisadi  əlaqələrin, xüsusilə də aqrar sahənin inkişafına xüsusi önəm verirlər. İki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsində  maraqlı olduqlarını qeyd edən Nikolin Jaka daha sonra rəhbərlik etdiyi Tirana Ticarət Palatası haqqında da geniş məlumat verib. Bildirib ki, 1897-ci ildə yaradılmış və Albaniya Respublikası sahibkarlarının 70% -dən çox hissəsini  üzv kimi təmsil edən Tirana Ticarət Palatası iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən iş adamlarına xidmət göstərir. Əsas fəaliyyət istiqamətləri – sənaye, aqrar sahə və turizm  olduğunu qeyd edən palata sədri Azərbaycan Sahibkarlar Konfederasiyası ilə də əməkdaşlığın daha geniş müstəvidə qurulmasında  maraqlı olduqlarını dilə gətirib.

Görüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Tirana Ticarət Palatası arasında  gələcək əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılığa gəlinib.  Yaxın gələcəkdə hər iki təşkilat arasında  Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.        

Qeyd edək ki, səfər çərçivəsində ASK-nın prezidenti Məmməd Musayev Albaniyanın bir sıra istehsal müəssisələrində olub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment