1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələri “Nar” tərəfindən mükafatlandırıldı
08.02.2017

Baki, FinanceTime.  “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Ötən il Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş “Nar” laboratoriyasının açılışını etmiş və layihə çərçivəsində tədris müəssisəsində müxtəlif maarifləndirici tədbirlər keçirmiş mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

7 fevral 2017-ci il tarixdə AzTU-da təşkil edilən növbəti tədbirdə 2016-2017-ci dərs ilinin ilk tədris semestrində Radiotexnika və rabitə fakültəsinin elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə təhsil alan və ən yaxşı nəticələri göstərən tələbələrinin mükafatlandırılması mərasimi keçirildi. Qış imtahan sessiyasında göstərdikləri yüksək nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr – Məmmədaslan Quliyev, Xəyalə Həsənli və Günay Abbasova mobil operatordan dəyərli hədiyyələr qazandılar.  

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verir. Mobil operatorun KSM strategiyası çərçivəsində artıq hər semestrdə ən yaxşı nəticələri göstərmiş 3 AzTU tələbəsi “Nar” tərəfindən xüsusi hədiyyələrlə təltif edilir.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. “Nar”-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlim və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atmışdır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment