1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” sərfəli rominq kampaniyasını təqdim edir
07.02.2017

Baki, FinanceTime.  “Şərq” kampaniyası daxilində təqdim olunan rominq paketlərindən yararlanmaqla “Nar” abunəçiləri Birləşmiş Ərəb Əmirliklərində olduqları zaman davamlı ünsiyyətdə qalmaq və rominq xərcləri barədə düşünməmək imkanı əldə edirlər.

“Şərq-5” paketinə həm gələn zənglər üçün 5 dəqiqə, həm də çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş günündən etibarən 3 gündür. Gələn/çıxan dəqiqələr və internet trafik paketin istifadə müddəti başa çatmamış bitərsə, hesablamanın aparılma qaydası belədir: çıxan zənglərin dəqiqəsi – 1,50 AZN, gələn zənglərin dəqiqəsi – 0,25 AZN, 1 MB internet trafikin qiyməti – 1,50 AZN.

“Şərq-15” paketinə həm gələn zənglər üçün 15 dəqiqə, həm də çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş günündən etibarən 30 gündür. Gələn/çıxan dəqiqələr və internet trafik paketin istifadə müddəti başa çatmamış bitərsə, hesablamanın aparılma qaydası belədir: çıxan zənglərin dəqiqəsi – 1,50 AZN, gələn zənglərin dəqiqəsi – 0,25 AZN, 1 MB internet trafikin qiyməti – 1,50 AZN.

“Şərq” paketlərindən birini hələ Azərbaycanda ikən və ya Birləşmiş Ərəb Əmirliklərinə çatmamışdan öncə də sifariş etmək mümkündür. “Şərq-5” paketinə qoşulmaq üçün +105 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#105#YES kodunu yığmaq, “Şərq-15” paketinin sifarişi üçün isə +115 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#115#YES kodunu yığmaq kifayətdir.

Qeyd edək ki, abunəçilər rominqdə bir ilk olan bu sərfəli paketdən istədikləri sayda sifariş edə bilərlər. Bu zaman dəqiqə və internet trafikin istifadəsinin öncəliyi sifariş tarixinə əsasən verilir. Təklifdən “DU” mobil operatorunun şəbəkəsinə qoşulan öncədən və sonradan ödənişli bütün “Nar” abunəçiləri yararlana bilərlər.

“Nar” rominq xidməti barədə daha əraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment