1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Gənc alimlər və maliyyə savadlılığı” adlı müsabiqə
02.02.2017

Finance Time Mərkəzi Bankın Kommunikasiya departamentinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə “2 Fevral – Gənclər Günü”ndə start verilir. 

Müsabiqənin məqsədi Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və onların fəaliyyətinin stimullaşdırılmasıdır. Məqalələr aşağıdakı prioritet mövzular üzrə olmalıdır:

·         Maliyyə savadlılığı və onun effektiv tədrisi yolları;

·         Gənclərin maliyyə maarifləndirilməsi üçün model və yanaşmalar;

·         Maliyyə maarifləndirilməsinin insanların maliyyə davranışlarına təsiri.

Müsabiqə sənədlər 12 fevral 2017-ci il tarixindən başlayaraq qəbul olunacaq. Sənədlərin son qəbul günü 25 aprel 2017-ci il saat 17.00-dır. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (www.sdf.gov.az) rəsmi İnternet səhifələrində yerləşdiriləcək.

Maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı məqalələrin üç nominasiya üzrə diplom və pulla mükafatlandırılması nəzərdə tutulmuşdur. Nəticələr 2017-ci ilin may ayının ilk 10-günlüyündə açıqlanacaq, xüsusi təqdimat mərasimində qaliblərə mükafatlar təqdim ediləcəkdir.

Müsabiqənin keçirilməsi haqqında ətarflı məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (www.sdf.gov.az) rəsmi İnternet səhifəsindən əldə oluna bilər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment