1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“AmCham”ın üzvləri Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayevlə görüşüblər
02.02.2017

Baki, FinanceTime.Azərbaycanda Amerika Ticarət Palatası(“AmCham”) tərəfindənöz üzvləri üçün təşkil edilən ənənəvi aylıq işgüzar naharın qonağı Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev olub.

Tədbirdə çıxış edən Sahil Babayev ölkədə həyata keçirilən islahatlar və Azərbaycanın 2016-cı ildə əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Uzun müddət Azərbaycan iqtisadiyyatının əsasını neft və qaz sektorunun formalaşdırdığını bildirən nazir müavini bu gün qiymət dəyişimlərini nəzərə alaraq əsas faktor kimi ixracı gücləndirməklə iqtisadiyyatın diversifikasiyasının əhəmiyyətini vurğulayıb.

Sahil Babayevin sözlərinə görə, Azərbaycan Rusiyada ilk ticarət nümayəndəsini təyin etməyi planlaşdırır: “Bu səbəbdən Azərbaycanın ilk ticarət nümayəndəsini məhz Rusiyaya təyin etməsi tamamilə məntiqə uyğundur.Bununla yanaşı, Çin və Birləşmiş Ərəb Əmirliklərinə də ticarət nümayəndələrinin təyin olunması istisna deyil”.

Sahil Babayev əlavə edib ki, ticarət nümayəndələri ticarət evləri ilə bərabər Azərbaycan istehsalı olan məhsulların təşviqi ilə məşğul olacaqlar. Ötən ilin sonunda Azərbaycana məhsul idxalı üzrə lider Rusiya olub və MDB ölkələri ilə olan ticarət dövriyyəsində mənfi saldonun böyük hissəsi məhz bu ölkənin payına düşür. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb. Ticarət nümayəndələri xarici ölkələrdə Azərbaycanın və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi üçün fəaliyyət göstərəcəklər.

Nazir müavini qeyd edib ki, ixracın yalnız bir məhsuldan asılı olmamasını təmin etmək məqsədilə növbəti illərdə Azərbaycanın əsas prioriteti ixracatın diversifikasiyası olacaq. Sahil Babayev yerli istehsalın qorunması üçün bəzi idxal prosedurlarının dəyişilməsi haqqında da məlumat verib.

Öz növbəsində tədbirdə çıxış edən Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova 2016-cı ildə görülmüş işlər və yaxın zamanda keçiriləcək tədbirlər barədə qonaqları məlumatlandırıb. Daha sonra Natəvan Məmmədova sözü öz şirkətlərinin portfoliosu və fəaliyyət istiqamətləri barədə danışan “Bakı Şəhər Halqası”, “McDermott Caspian” və “PmD Group” şirkətlərinin nümayəndələrinə verib.

Tədbir Azərbaycanda “AmCham”ın prezidenti İlqar Vəliyevin vida nitqi ilə başa çatıb. O, bütün “AmCham” üzvlərinə, heyətinə və Palatanın kollegiyasına 6 illik fəaliyyəti dövründə ona göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment