1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Excelsior Hotel & Spa Baku” oteli peşəkar tədris proqramını təklif edir
30.01.2017

Baki, FinanceTime.   “Excelsior Hotel & Spa Baku”  oteli mehmanxana sektorunda peşəkar tədris ilə bağlı tədris proqramını  təklif edir. Otelin İnsan resursları departamenti tərəfindən təcrübə toplamağın proqramı işlənib hazırlanmış və tətbiq edilmişdir ki, bu proqram kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdlərini və Turizm fakültələrinin tələbələrini əhatə edir. Bir ay ərzində tələbəlik təcrübəsini keçmək imkanı mövcud olan əvvəlki illərdən fərqli olaraq, indi praktiki biliklər əldə etmək üçün imkanlar xeyli genişlənmişdir. Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə tutulmuş, proqram başa çatdıqdan sonra müvafiq sertifikat verilir.

“Excelsior Hotel & Spa Baku” otelininİnsan resursları departamentinin meneceri Kamran Rzayevin qeyd etdiyi kimi, bundan qarşılıqlı fayda göz qabağındadır, tələbələr bilavasitə iş yerlərində praktiki təcrübə keçir, otelin kadr xidməti isə - gələcəkdə namizəd ola biləcək əməkdaşlar əldə edir. Bu proqram adi tələbə təcrübəsindən  xeyli genişdir və gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə kömək edir. Bu gün “Excelsior Hotel & Spa Baku” oteli – yüzlərlə insan üçün peşəkar inkişaf, karyerada yüksəliş və özünü reallaşdırma üçün imkanlar deməkdir.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən  ibarətdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment