1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İkinci Hyundai IONIQ Van Qoq müzeyində
26.01.2017

Baki, FinanceTime.  2016-cı ilin iyun ayında Hyundai Motor şirkəti Amsterdamın dünya şöhrətli Van Qoq muzeyi ilə 3 illik tərəfdaşlıq sazişi imzalamışdır. Şirkət artıq Vinsent Van Qoqun “Badam çiçəyi” (“Almond Blossom”) adlı rəsm əsəri əsasında dizayn olunmuş IONIQ Hibrid markalı avtomobili muzeyə hədiyyə etmişdir. Bu artıq Hyundai-in Van Qoq muzeyinə bağışladığı ikinci belə avtomobildir. İlk IONIQ Elektrik avtomobilinin dizaynı dahi rəssamın “Günəbaxanlar” (“Sunflowers”) adlı rəsm əsəri əsasında hazırlanmış və 2016-cı ilin iyun ayında muzeyə verilmişdir.

Jochen Sengpiehl (Hundai Motor Avropanın marketinq üzrə vitse-prezidenti)

Artıq illərdir ki, Hyundai Motor dünya üzrə incəsənətin ən böyük himayədarlarından biridir. Şirkət olaraq Hyundai Motor-un məqsədi təkcə gələcəyi mobilləşdirmək deyil, həm də incəsənəti hər kəs üçün əlçatan etməkdir. Van Qoq muzeyi ilə əməkdaşlıq bütün bu hədəfləri özündə ehtiva etməklə yanaşı, həm də tərəfdaşlıq istiqamətində atılmış mühüm bir addımdır.

Van Qoq muzeyi dünyada Vinsent Van Qoqun rəsm əsərlərindən ibarət ən böyük kolleksiyaya sahibdir. Hər il iki milyona yaxın insan bu muzeyi ziyarət edir. Onlar arasında koreyalılar üstünlük təşkil edir. Bu əməkdaşlıq çərçivəsində Hundai Motor həm də multimedia turların, muzeyin sxeminin və internet səhifəsinin Koreya dilinə tərcümə olunması işində muzeyə dəstək göstərmişdir. Əməkdaşlıqdan əldə olunmuş ilk uğurlar artıq göz qabağındadır. Belə ki, muzeyi ziyarət edən koreyalıların sayı 2014-cü ildə 8000 nəfər olduğu halda, ötən 9 ay ərzində bu rəqəm artaraq  30000 nəfər təşkil etmişdir.

Axel Rüger (Amsterdam Van Qoq muzeyinin direktoru)

Bizi Hollandiyanın dünya şöhrətli rəssamı Vinsent Van Qoqun həyat və yaradıcılığına olan böyük maraq hissi birləşdirir. Bu bizim əməkdaşlığımızın məhək daşıdır. Tərəfdaşımız olan Hyundai Motor da Van Qoq muzeyi kimi ətraf mühit və davamlılığın qeydinə qalır. Təbiət dostu olan iki avtomobilə sahib olmaqdan böyük məmnunluq hissi duyuruq. Təkcə ona görə yox ki, Hyundai IONIQ avtomobilləri Vinsent Van Qoqun iki möhtəşəm rəsm əsərindən ilhamlanaraq hazırlanmışdır, həm də ona görə ki, bu avtomobillər uzunömürlü elektrik güc ötürücüsü ilə təchiz olunmuşdur.

Hyundai Motor hər zaman çalışmışdır ki, incəsənəti insanlar üçün əlçatan etsin. Məhz bu məqsədlə dünyanın bir çox muzeyləri, o cümlədən Londonun Müasir Teyt muzeyi, Los-Anceles İncəsənət muzeyi (LACMA) və Koreyada Seulun Müasir İncəsənət muzeyi ilə tərəfdaşlıq əlaqəsi yaratmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment