1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Hyundai CES 2017-də yeni konsepsiyalarını təqdim etdi
26.01.2017

 

Baki, FinanceTime. Hyundai Motor 2017-ci ilin 5-8 yanvar tarixlərində Las-Veqasda keçirilmiş Consumer Electronics Show (CES) sərgisində özünün gələcəyin mobilliyi konsepsiyasını təqdim etmişdir. Yeni texnologiyalar avtomobilin gündəlik həyata inteqrasiyasına yönəldilib və intellektual avtonom idarəetmə sistemi, şəbəkəyə qoşulmuş avtomobil üçün proqressiv həllər və hərəkət zamanı sürücünün özünü yaxşı hiss etməsini dəstəkləmək üçün nəzərdə tutulmuş innovasiyalar təklif edir.

Avtomobil və evi birləşdirən Mobility Vision konsepsiyası

Hyundai Motor, sərgidə sürücünü gündəlik əhatəsi ilə birləşdirəcək Mobility Vision konsepsiyasını təqdim etmişdir. Bu texnologiya nəqliyyat vasitəsi, gündəlik həyat və iş məkanları arasında sərhədləri silərək, avtomobili insanların həyatının ayrılmaz tərkib hissəsinə çevirir. Avtomobil ev ilə əlaqələndirilə bilinəcək və müəyyən funksiyalar yerinə yetirəcəkdir.

 

Yeni hərəkət azadlığı təklif edən ekzoskeletlər

Hyundai Motor sərgidə elektrik naqilli  və insan yönümlü H-MEX, HUMA və H-WEX ekzoskeletlərini təqdim etmişdir. Avtomobil sektoru ilə əlaqəli olmasa da tibdə çox böyük yardımları olacaq bu ekzoskletlər barədə qısa məlumatlar aşağıdadır.

H-MEX ekzoskeleti (Hyundai Medical EXoskeleton) onurğa sütununun aşağı şöbəsində travmaları olan xəstələrə yerimək qabiliyyətini qaytarmağa kömək edir. H-MEX addımın sürəti, uzunluğu və gövdənin əyilmə bucağı da daxil olmaqla bütövlüklə sahibini analiz edir və ona uyğunlaşa bilir.

Digər işləmə - HUMA (Hyundai Universal Medical Assist) – lokomotor funksiyalarından əziyyət çəkən insanlara yardımçı olmaq üçün hazırlanmış ekzosklet. HUMA, istifadəçinin hərəkətləri ilə uzlaşır və özünü sahibinin yeriş, qaçış, yaxud pilləkənlə enmə və ya qalxma da daxil olmaqla müxtəlif aktivlik tiplərinə uyğun tənzimləyir.

H-MEX və HUMA çıxarılıb-taxılan və enerji ilə yüklənən akkumulyatordan qidalanır, yüngül karkasın uzunluğu istifadəçinin qabaritlərinə uyğun olaraq tənzimlənir. Bel və dizlər xüsusi dayaqlarla bərkidilir, robotlaşdırılmış karkasın hissələri isə hərəkət edərək və əyilərək, bədənin vəziyyətini idarə edir və optimal yerişi formalaşdırır.

Hyundai Waist EXoskeleton (H-WEX) ekzoskeleti təkrarlanan fiziki və ya ağır işlərlə məşğul olan fəhlələrin kürək travmalarının profilaktikası üçün bədənin yuxarı hissəsi və budların bərkidilməsini təmin edir.


Yolda yaxşı əhval-ruhiyyə üçün Health + Mobility konsepsiyası

 

Bundan başqa, CES sərgisində Hyundai Motor şirkəti hərəkət zamanı sərnişinlərin özlərini yaxşı hiss etmələrinin qeydinə qalan Health + Mobility konsepsiyasını təqdim etmişdir. Sərgi zamanı xüsusi virtual reallıq otağında qonaqlara avtomobilin daxilində işə və işdən evə hərəkət zamanı baş verə biləcək stressləri aradan qaldırmaq üçün şəraitin necə yaradıldığı nümayiş etdirilmişdir. İnteraktiv tibbi nəzarət texnologiyası kabinədə yerləşən ötürücülər vasitəsilə çoxsaylı sağlamlıq və əhval-ruhiyyə göstəricilərini davamlı olaraq izləyir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment