1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Balerina–xəyalların gerçəkləşməsindən bəhs edən sehirli, romantik və gülməli hekayə
26.01.2017

«1+1» filminin prodüserləri və məşhиr Gaumont studiyasından növbəti hit

Baki, FinanceTime. «Səndən … olarsa, məndən də balerina olar». Adətən nöqtələrin yerinə bizim üçün əlçatmaz olan missiyaları yazırıq – necə olmasa bu deyim boşuna yaranmayıb.Elə peşələr var ki, istedadla yanaşı cəhd etmək də önəmlidir, lakin bu belə hər şeyin alınacağına vəd etmir...

26 yanvardan fransız və kanada mütəxəssisləri, məşhur "1+1" bədii filminin prodüsserləri, rejissorlar Erik Sammer və Erik Uorinnin birgə ərsəyə gətirdiyi «Balerina» animasiya filmi ölkənin bütün kinoteatrlarında ekranlara çıxır.

Cizgi filminin əsas mövzusu – “inam” anlayışıdır. Arzularına və həyatını dəyişə bilmə qabiliyyətinə, sonda baş rolun buna ən çox layiq olana verildiyinə inanmaq. Ən əsası,  dərin və səmimi hisslərin hətta ən sərt qəlbin belə buzlarını əridəcəyinə inanmaq... 

Hadisələr Parisdə 1879-cu ildə - Eyfel qülləsinin yeni tikildiyi və yalnız zənginlərin övladlarının arzularının gerçəkləşə bildiyi bir dövrdə cərəyan edir. Kimsəsiz Felis balerina olmağı arzulayır və bu sıxıcı şəhərdən tez bir şəkildə uzaqlaşmaq arzusu ilə demək olar ki, yaşayır. Bu səbəbdən dostunun Britaniyanı tərk etmək təklifənə çox düşünmədən razılıq verir və Parisə yollanır. Lakin Paris görünür kimsəzilərə isti qucağını açamağa heç də öyrəşməyib və Qrand Operanın şagirdi olmaq üçün Felis özünü başqa birisi olaraq qələmə verməli olur. Lakin tarixin də göstərdiyi kimi, gizli olan hər şey nə vaxtsa üzə çıxır. Qarşıda isə onu həyatının ən sehirli macərası gözləyir. Və bu yolda onun qarşısında heç nə dura bilməz.

Film 19 əsr Paris elitası, balet və gözəlliyi sevənlərə həsr olunur. Bir çoxlarına balerinalığa gedən yolun ilk addımından tutmuş nailyyətə qədər necə çətin olduğunu göstərəcək, bəzilərinə isə hətta xatırladacaq belə.

BALERİNA  -  DİSNEY ŞƏHZADƏLƏRİNDƏN OLAN YENİ QƏHRƏMANDIR

BALERİNA–YÜKSƏK KEYFİYYƏTLİ ANİMASİYADIR

BALERİNA–ARZULARIN GERÇƏKLƏŞMƏSİNDƏN BƏHS EDƏN SEHİRLİ, ROMANTİK VƏ GÜLMƏLİ HEKAYƏDİR

BALERİNA–MƏŞHUR PRODÜSSERLƏRİN ƏRSƏYƏ GƏTİRDİYİ HEKAYƏDİR

BALERİNA–BALET HAQDA ÇƏKİLMİŞ İLK ANİMASİYA FİLMİDİR

 

Treyler https://www.youtube.com/watch?v=5nAOqT5NI2U

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment