1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakcell şirkəti AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir
25.01.2017

3D çapı, Virtual Reallıq proqram təminatı və avadanlığın yaradılması sahəsində yeni imkanlar artıq hamı üçün açıqdır

Baki, FinanceTime. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətləözünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak etmək üçün növbəti çağırışını elan edir.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə İT sahəsində fəaliyyət göstərən bütün yerli developerlərlə yanaşı ümumiyyətlə, ideya və marağı olan hər kəs AppLab proqramının təklif etdiyi geniş imkanlardan faydalana bilər. Bunun üçün qeydiyyatdan keçmək və maraq göstərilən sahə üzrə ideyanı bölüşmək lazımdır.

Qeydiyyat prosesi 25 yanvar 2017-ci il tarixindən 25 fevral 2017-ci il tarixinədək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən ərizəçilər sadəcə http://applab.bakcell.com/registration/səhifəsinə daxil olaraq, yuxarıda qeyd olunmuş müddət ərzində anket formasını doldurmalıdırlar. Qeydiyyat müddəti bitdikdən sonra təqdim olunmuş layihələr nəzərdən keçiriləcək və Seçim Komitəsi tərəfindən təsdiq olunan ideyalar ikinci mərhələyə keçəcək. Mümkün 20 xaldan 15 və ya daha çox xal qazanan layihələrin müəllifləri komitə üzvləri ilə görüşəcək və layihədən asılı olaraq 90-180 gün ərzində AppLab proqramında iştirak etmək imkanına malik olacaqlar. Bu müddət ərzində Bakcell şirkətiproqram iştirakçılarına fərdi şəkildə məhsulvə ya xidmətlərin inkişaf etdirilməsi və bazaratəqdim olunması istiqamətində dəstək göstərəcək.

Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, ünvanında (Sahil bağının yaxınlığında) yerləşənAppLab ofisindən istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana biləcəklər. “Bakcell”in əməkdaşları, Qualcomm şirkətinin və AppLab proqramının digər tərəfdaşlarınınnümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupugənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçüntələb olunanaraşdırmalar vəməsləhətlərlə təmin edəcək.

Qeyd etmək lazımdır ki, seçilmiş developerlərə kömək etmək üçün yerli miqyasda həyata keçirilən digər oxşar proqram və layihələrdən fərqli olaraq, Bakcell şirkəti AppLab proqramı çərçivəsində yaradılan layihələr üzərində heç birmülkiyyət hüququ iddiası irəli sürmür. Şirkətin başlıca məqsədi ölkənin milli “startap” icması üçün adekvat mühitin yaradılmasında aparıcı rolamalik olmaqdır.Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlərə ildə təxminən 70.000 İngilis funt sterlinqi məbləğində investisiyalar əldə etmək imkanı yaradır.Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişafı məqsədlərinə yönəldilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment