1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qərbi Azərbaycan vilayətinin valisi Azərbaycanla əməkdaşlıqda maraqlıdır
25.01.2017

Baki, FinanceTime. İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında ASK-nın prezidenti Məmməd Musayevlə görüşü keçirilib.

İqtisadi, ticarət  əlaqələrinin  müzakirə olunduğu görüşdə gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı razılığa gəlinib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd  Musayev bildirib ki, Azərbaycan-İran əlaqələrinin inkişafında  hər iki ölkənin dövlət başçılarının xüsusi rolu var, son vaxtlar ölkəmizə işgüzar əlaqələrin genişləndirilməsi üçün gələn İran nümayəndə heyətlərin səfərləri də bunun əyani sübutudur. M.Musayev Azərbaycan-İran ticarət əlaqələrinin inkişafından, bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində ölkəmizdə böyük potensialın olduğundan söhbət açıb. M.Musayev qonaqları Belarusiyada yaradılan Azərbaycan ticarət evi ilə də sıx əməkdaşlıq etməyə dəvət edib.

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğundan, iki ölkə arasında özəl sektorunun müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycan vilayətində sahibkarlıq fəaiyyəti ilə məşğul olan iş adamları  Azərbaycanlı sahibkarlarla birgə əməkdaşlıq edərsə, üçüncü ölkələrə asanlıqla  məhsul ixrac etmək olar.Qonaq Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq edəcəyi nümayəndə heyətini   Qərbi Azərbaycan vilayətinə səfərə  dəvət edib, bundan sonra Azərbaycan sahibkarlarının işgüzar əlaqələr qurmağa maraqlarının yaranacağını da istisna etməyib.

Görüş  iranlı sahibkarların təqdimatları ilə davam edib, onları maraqlandıran suallar cavablandırlıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment