1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Aura” sağlamlıq mərkəzi sağlamlığının və istirahətinin qədrini bilən hər kəs üçün ideal məkandır
25.01.2017

Baki, FinanceTime. Ötən həftə sonu Bakıda yerləşən “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzinin xidmətlərindən yararlanmaq imkanı əldə etdik. Bu barədə təəssüratlarımızı oxucularla bölüşmək maraqlı olardı.

Öncə qeyd edək ki, Heydər Əliyev prospekti 2 ünvanında fəaliyyət göstərən 5+ ulduzlu “Excelsior Hotel Baku”nun turizm sektorunun inkişafında özünəməxsus yeri var. Şəhərin işgüzar mərkəzinin yaxınlığında yerləşən “Excelsior Hotel Baku”dan biznes, ticarət və əyləncə mərkəzlərinə asanlıqla getmək olur, Heydər Əliyev Beynəlxalq Hava Limanı isə buradan sadəcə 10 dəqiqəlik məsafədədir. “Shuttle” xidməti göstərən “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər otelə və eləcə də “Aura”ya gələn qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlamaqla hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

“Aura” sağlamlıq mərkəzinə daxil olduqda isə tamamilə xoş aura ilə əhatələnmiş olursunuz. Belə ki, burada olduqca yüksək səviyyəli istirahət etmək və idmanla məşğul olmaq üçün hər cür imkanlar yaradılıb. Mərkəz səhər saat 06.00-dan axşam saat 22.00-22.30-a qədər fəaliyyət göstərir. Bu müddət ərzində müştərilər istədikləri kimi istirahət edə və idmanla məşğul ola bilərlər. Mərkəzə gələnlərə dəsmallar, xalat, nəleyin və kosmetik vasitələr verilir. Mərkəzdə tam təmizlik, səliqə, komfort hakimdir. Mehriban, qayğıkeş xidməti personal isə işinin öhdəsindən peşəkarca gəlir.

Məlumat üçün bildirək ki, “Aura” Sağlamlıq Mərkəzinin ümumi sahəsi 5 min kvadratmetrdən artıqdır. Mərkəz 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə istirahət otaqları yerləşir. Qadınlar və kişilər üçün bu otaqlar ayrı-ayrılıqda nəzərdə tutulub. Bu mərtəbədə qadın və kişilər üçün ayrı-ayrılıqda sauna, türk hamamı, duş kabinələri, bağlı yerdə olimpiya standartlarına uyğun üzmə hovuzu, həmçinin açıq mərtəbədə, mərkəzin həyətində açıq yay hovuzu fəaliyyət göstərir. İçəridəki hovuzun uzunluğu 25 metr, dərinliyi 1 metr 70 santimetrdir. Burada müştərilər üzgüçülük dərsləri keçən peşəkar məşqçi xidmətindən də yararlanırlar.

İkinci mərtəbədə yerləşən geniş fitness zalının pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir. Yüksək texnologiya ilə təchiz edilmiş fitness zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün çoxlu sayda müasir trenajorlar quraşdırılıb. Trenajorlar o qədər çox və zal o qədər geniş və rahatdır ki, burada idmanla məşğul olmaq üçün hər hansı növbə gözləməyə ehtiyac yoxdur. Hər bir üzv və ya qonaq vaxt itirmədən istədiyi trenajordan rahatca yararlana bilir. Bu baxımdan “Aura”nın fitness zalı idmanla məşğul olmaq və sağlamlığı gücləndirmək üçün ideal məkandır. Bundan başqa, qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa bilirlər. Həmin mərtəbədə boks zalı fəaliyyət göstərir və orada peşəkar məşqçi tərəfindən boks dərsləri keçilir.

Üçüncü mərtəbədə isə cədvələ uyğun yoqa, pilates, aerobika dərsləri keçilir. Yoqa müəllimi çox peşəkar və tanınmış mütəxəssisdir. Ondan dərs almağa xeyli sayda xanımlar gəlirlər. Həmçinin, bel ağrıları və xəstəlikləri olan xanımlar da müalicə almaq üçün yoqaya müraciət edir. Bu isə artıq müalicəvi yoqadır. Burada açıq tennis və qapalı skvoş kortundan əlavə stolüstü tennis var. Bütün bunların hamısı bir yerdə 5 ulduzlu hotellərin SPA mərkəzlərində yoxdur. Daha bir unikallıq isə burada açıq hovuzların olmasıdır ki, bu da əksər 5 ulduzlu otellərdə yoxdur. Hoteldə təmizlik, gigiyena və sağlamlığa ciddi fikir verilir. Hovuzların suyu tez-tez dəyişdirilir. Bu baxımdan otel sağlamlığa və təmizliyə aid ən yaxşı xidmətləri təklif edir və müştərilərin xoş və sağlam istirahət etmələrinin qayğısına qalır.

Mərkəzin Spa-otaqlarında massajın müxtəlif növləri təklif edilir. 3 xanım terapist müxtəlif massaj üsullarını peşəkarca müştərilər üçün tətbiq edir. Buraya həm istirahət, həm idman, həm də müalicəvi massajlar aiddir. Bundan başqa ekspress massaj xidməti göstərilir. Yəni yalnız beliniz ağrıyırsa, məhz bel nahiyəsi massajını sifariş vermək istəyirsinizsə, bu mümkündür. Bundan başqa, üz və dəriyə qulluq xidmətləri də göstərilir. Onu da demək lazımdır ki, mərkəzdə müştərilər müxtəlif yemək və içkilərlə, hansısa idman ləvazimatlarını əldə etməklə bağlı sifarişlər verə bilərlər.Mərkəzin daxilində yerləşən və səhər saat 8:00-dan axşam 22:00-dək açıq olan “Vitality Bar”da da müştərilərə çox gözəl salatlar, balanslı qida və vegetarian yeməkləri təklif edilir. Bu cür sadə yeməklər təzə sıxılmış meyvə suları, evdə hazırlanmış südlü kokteyllər kimi təzə inqredientlər və ekoloji təmiz, sağlıqlı alternativlərlə birlikdə verilir. Yay mövsümlərində isə “Hovuzkənarı bar”da müxtəlif qəlyanaltı və manqal yeməkləri təqdim olunur. Barın rahatladıcı atmosferində müştərilər istirahətlərini öz istədikləri kimi qura bilərlər.

Bundan başqa resepşn bölməsinin yanında fəaliyyət göstərən idman mağazasından lazımi idman ləvazimatlarını sifariş etmək olar.

Onu da öyrəndik ki, Mərkəzdə müştərilər üçün hər ay endirim aksiyaları keçirilir. Bu və digər üstün keyfiyyətlər Mərkəzin daimi müştəri kontingentinin sayını daha da artırmasını təmin edib. Çünki biz də şahidi olduq ki, müştərilərə arzuladıqları istənilən şərait yaradılır və onların istər fərdi, istərsə də ailəvi istirahətləri yüksək səviyyədə təmin edilir. Mərkəzin həyata keçirdiyi endirim və güzəşt aksiyalarında daha çox xanımlara yer ayrılması da diqqət çəkir. Burada qadınlar, xüsusilə də uşaqlı qadınlar  üçün illik üzvlük haqqı kişilər üçün olan üzvlük haqqından xeyli ucuzdur. 5 yaşadək uşaqlara isə giriş ödənişsizdir. Eləcə də uşaqlar üçün boks və üzgüçülük dərslərindən də çox yaxşı bir şəkildə yararlanmaq mümkündür, uşaqlara aid bütün xidmətlər isə endirimlidir.

Bir sözlə, “Excelsior Hotel Baku” otelinin “Aura” sağlamlıq mərkəzi sağlamlığının və istirahətinin qədrini bilən hər bir insan üçün olduqca ideal və rahat bir məkandır. Buranın şəhərin çox əlverişli və rahat gedilə bilən bir hissəsində yerləşməsi, eləcə də digər şəhər otellərində, istirahət və sağlamlıq mərkəzlərində çatışmayan bir sıra özəlliklərin, üstünlük göstəricilərinin məhz bu məkanda mövcudluğu da seçim üçün məhz   “Aura”nı nişan vermiş olur...

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment