1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrın təntənəli açılışı baş tutub
24.01.2017

Baki, FinanceTime. Yanvarın 21-də, bir müddət öncə fəaliyyətini dayandıran, əfsanəvi “CinemaPlus Azerbaijan” kinoteatrın təntənəli açılışı baş tutmuşdur.

Həmin gecənin qonaqları yerli ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olmuşdurlar.

Kinoteatrın qarşısında nəhəng tent quraşdırılmışdır və milli yeməklərdən ibarət furşet təşkil olunmuşdur. Gecənin ən yaddan qalan anı, musiqiçilərin ifaları olmuşdur, hansılar ki, milli nağaranı klassik Azərbaycan musiqisi ilə uyğunlaşdırmışdırlar.

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd etmişdir ki, əfsanəvi kinoteatrın məhz “CinemaPlus” tərəfindən yenidən istifadəyə verilməsi ilə fəxr edir. Həmçinin qonaqları “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktorunun müavini Cəfər Axundzadə salamlamışdır.

Fəxri qonaq qismində Azərbaycan Respublikasının xalq artisti və kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova olmuşdur.  O, kinoteatrın tarixçəsinə dair öz xatırlamaları ilə bölüşmüşdür:  “Mən, əminəm ki, bu kinoteatr çox uğurlu olacaq. Çünki, məhz burada biz ən yaxşı və ən maraqlı filmləri izləmişik. Çox istərdim ki, tamaşaçılar zəngin tarixi olan kinoteatra gəlsinlər. Biz çox istəyirik bu kinoteatrı, və mən əminəm ki, bura necə bizim sevimli yer olacaqsa, elə də sizin sevimli yeriniz olacaq!”

Tədbir,  rejissoru Emir Kusturitsa olan “Səma yolu ilə” filminin premyerası ilə başa çatmışdır. Rejissor, məhz özü də filmdə məşhur italyan aktrisa Monika Belluççi ilə birgə baş rolu oynamışdır. Film bosniya müharibəsi dövründə olmuş məhəbbət tarixçəsindən bəhs edir.  

Kinoteatr dünya stardartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub. 

Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləmək və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər.  Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb. 

Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Tədbirin həyata keçməkdə dəstək olan şirkətlər: Amapola Exclusive Events, dublyaj studiyası Cinemazadeh,  Cinema Distribution və TNT.

Həmçinin qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir: “CinemaPlus 28 Mall”, “CinemaPlus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “CinemaPlus Amburan Mall” və Gəncə şəhərində yerləşən “CinemaPlus Khamsa”.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment