1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb
23.01.2017

Baki, FinanceTime. Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev   ilə görüşüb.  Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr, özəl sektorun  hazırkı vəziyyəti,  investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf  perspektivləri və s. kimi məsələlər müzakirə edilib.

Səfir təyin olunması münasibəti ilə Erkan Özoralı təbrik edən  Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd Musayev  Azərbaycan-Türkiyə arasındakı iqtisadi əməkdaşlığın  yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar  haqqında   məlumat verib. Ölkəmizdə kifayət qədər tanınmış Türkiyə şirkətlərinin fəaliyyət göstərdiyini deyən  M.Musayev iki ölkənin iş adamlarını üçüncü ölkələrə çıxmaq potensialının böyük olduğunu səfirin diqqətinə çatdırıb. M.Musayev bundan sonra iki ölkə arasında  aqrar, turizm  sektorunun inkişafı istiqamətində əməkdaşlığın vacibliyinə də diqqət çəkib.

Azərbaycan-Türkiyə  sahibkarları arasında gələcəkdə digər ölkələrlə əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr   səfirin marağına səbəb olub.

Erkan Özoral iki ölkə arasındakı mövcud  iqtisadi münasibətlərin bundan sonra da inkişaf etdirilməsində də maraqlı olduqlarını ifadə edib. Səfir  gələcəkdə iqtisadi islahatların həyata keçirilməsində, özəl sektorun inkişafı istiqamətində  Türkiyə  təcrübəsindən yararlanmağı tövsiyyə edib. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə dair də   vəd verib.

Daha sonra iki ölkənin özəl sektoru arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair  razılığa gəlinib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment