1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı “Pensiya+” xidməti ilə ölkəmizdə nağdsız ödənişlərin inkişafına töhfə verir
23.01.2017

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankının (ABB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə birgə layihəsi olan “Pensiya+” xidmətinə maraq getdikcə artır. Bu xidmətə qoşulan pensiyaçıların sayı ötən il 7 minə yaxın olub.

Məlumat üçün bildirək ki, “Pensiya+” əmək pensiyaçılarına öz kartlarından nağdsız ödənişlər etməyə imkan yaradan xidmətdir. ABB-nin bütün pensiya kart sahibləri bu xidmətdən faydalana bilər. Xidmətə qoşulmaqla pensiyaçı hər ay minimum 100 manat, maksimum pensiya məbləği qədər və aylıq yenilənən faizsiz kredit limiti əldə edir. Eyni zamanda, müştərinin müraciəti əsasında bu məbləğ artırıla da bilər. Ayrılmış kredit limitindən Bankın tərəfdaşlıq etdiyi ticarət və xidmət müəssisələrində nağdsız alış-veriş zamanı, həmçinin ABB-nin bankomatları və rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə etmək olar. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən tutulur. Borc tam ödənildikdən sonra isə kredit limiti yenidən aktivləşdirilir. Xidmət pulsuzdur, müştəridən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.

Hazırda paytaxtda, eləcə də ölkəmizin regionlarında fəaliyyət göstərən 150-dən çox ticarət və xidmət müəssisəsi ABB-nin “Pensiya+” xidmətinə qoşulub. Yaxın gələcəkdə tərəfdaş müəssisələrin sayının daha da artırılması nəzərdə tutulur.

Xidmətin ən böyük faydalarından biri pensiyaçı vətəndaşlarımızda nağdsız ödəniş vərdişləri aşılamasıdır. Bu da ölkəmizdə nağdsız ödəniş ənənələrini inkişaf etdirir. Pensiyaçılar arasında internet vasitəsilə elektron ödənişlərin həyata keçirilməsi meyllərinin getdikcə artması da ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, yaşlı və gənc nəsil arasında rəqəmsal fərqin aradan qalxması baxımından önəmlidir. Xatırladaq ki, Azərbaycanda pensiyaların plastik kartlarla ödənilməsinə ilk dəfə 2004-cü ildə ABB tərəfindən başlanıb.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment