1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


British Council universitet və biznes müəssisələrinin iştirakı ilə forum keçirdi
17.01.2017

Baki, FinanceTime. British Council məzunların məşğulluq imkanlarının artırılması məqsədilə 17 yanvar, 2017-ci il tarixində universitet və işəgötürənlərin iştirakı ilə Məzunların Məşğulluğunun artırılmasına dair Forum həyata keçirtdi. ForumAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dəstəklənir.

British Council Azərbaycan 2014-cü ildən etibarən məzunların məşğulluq imkanları və qabiliyyətlərinin artırılması məqsədilə universitetlər və işəgötürənlərin iştirakı ilə silsilə tədbirlər həyata keçirmişdir. Bu məqsədə nail olmaq üçün British Council universitetlər və işəgötürənlər arasında əməkdaşlıq əlaqələrini dəstəkləyir və gələcək əməkdaşlıqların qurulması məqsədilə maraqlı tərəflər üçün görüş və ünsiyyət imkanını yaradır. Təşkil olunan tədbirlərin nəticəsi və hər iki tərəfdən əldə olunan rəylərə əsasən bu sahə üzrə mövcud olan boşluqların təyin edilməsi, qarşılıqlı şəkildə anlaşılması və lazımi addımların atılması üçün ali təhsil və biznes müəssisələri arasında üzbəüz görüşlərin keçirilməsinə ehtiyac olduğu qeyd edilmişdir.

Keçirilən tədbirlərin davamı olaraq British Council aidiyyatlı sahə üzrə əsas tərəfləri – universitetlər, biznes müəssisələri və Təhsil Nazirliyini bir yerə toplayaraq bilik mübadiləsi, yeni ideyaların formalaşması, imkanların araşdırılması üçün Məzunların Məşğulluğuna dair Forum keçirmişdir.

British Council tədbir iştirakçılarına Birləşmiş Krallığın bu sahədə əldə etdiyi təcrübəsi barədə ətraflı məlumatın çatdırılması məqsədilə Leicester Universitetinin nümayəndəsi, Rajesh Pateli Azərbaycana dəvət etmişdir. Tədbir zamanı həmçinin, yerli universitet və biznes müəssisələrinin nümayəndələri də bu sahə üzrə mövcud təcrübələ və çətinliklər barədə təqdimatlar keçirtmişdir.

Tədbir media nümayəndələrinə açıq şəkildə keçirilmişdir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment